Əsas Səhifə > Sosial, Manşet > ELMAR VƏLİYEVDƏN GƏNCƏLİLƏRƏ YENİ QAYDA
ELMAR VƏLİYEVDƏN GƏNCƏLİLƏRƏ YENİ QAYDA26-07-2012, 14:07 |
İCRA BAŞÇISI İNDİ DƏ ÇAYXANA SÖHBƏTLƏRİNƏ MÜDAXİLƏ EDİR DİA.AZ: - Gəncədən redaksiyamıza maraqlı bir məlumat daxil olub. Azərbaycanın ikinci ən böyük şəhərindəki mənbələrdən DİA.AZ-a ötürülən məlumatlardan aydın olur ki, bu günlərdə Gəncənin Bağmanlar deyilən ərazisindəki çayxanaların birində icra başçısı Elmar Vəliyevin əleyhinə olan fikirlər səslənib. Məlumata görə, bir neçə yerli iş adamının da oturduğu çayxanada söhbət şəhərin rəhbərliyindən düşüb və sahibkarlardan biri Elmar Vəliyevin əlindən qan ağladıqlarını bildirərək, əvvəlki icra başçısı Eldar Əzizovu tərifləyib. Mənbə bildirir ki, bu zaman sən demə, Elmar Vəliyevin «agentlərindən» biri çayxanada imiş və o, baş verən söz-söhbəti icra başçısına olduğu kimi çatdırıb: «Bundan sonra narazı çahibkarın günü göy əskiyə bürünüb. Şəxsən Elmar Vəliyevin çağırışı ilə icra hakimiyyətində olan sahibkar başçı tərəfindən danlanıldıqdan sonra, hədələnib də». Mənbəmiz bildirir ki, Gəncədə mərkəzi bazarın yaxınlığında balaca bir obyekti olan sahibkar artıq ilk zərbələri almağa başlayıb: «Dünən günorta saatlarında icra hakimiyyətindən adamlar gəlib, sahibkara bildiriblər ki, obyekti qanunsuzdur və plana düşüb. Sahibkara əşyalaranı toplaması üçün bir həftə vaxt verilib». Hər halda, belə bir olayın baş verməsi artıq bölgələrimizdəki «bespredel» mühitin son həddi kimi qiymətləndirilməlidir. Bakıda oturanları anladıq, bəs əyalətlərin rəhbərləridəmi toxunulmazdır? Bütün tərəfləri dinləməyə hazırıq. Bizi izləməkdə davam edin… Geri qayıt |