Əsas Səhifə > Güney Press, Üçüncü sektor > SURİYADAN ERMƏNİSTANA AXIN VAR

SURİYADAN ERMƏNİSTANA AXIN VAR


27-07-2012, 11:54
SURİYADAN ERMƏNİSTANA AXIN VAR

RƏSMİ İRƏVAN VƏTƏNDAŞLIQ ALMANI SADƏLƏŞDİRİB

İyulun 26-da Ermənistan hökuməti ölkəyə köçmək istəyən Suriya erməniləri üçün vətəndaşlıq alma prosedurunu sadələşdirib.

Diaspor naziri Qranuş Akopyan bildirib ki, hazırda xarici vətəndaşlara Ermənistan pasportu Ermənistan Polisinin Viza və Pasport İdarəsindən verilir.

Bu gündən etibarən ayrı-ayrı hallarda Ermənistanın xaricdəki diplomatik nümayəndəliklərindən və konsulluq idarələrindən pasport verilməsi nəzərdə tutulur.

Nazir qeyd edib ki, Suriyada baş verən son hadisələrlə əlaqədar minlərlə Suriya və Livan ermənisi vətəndaşlıq almaq xahişi ilə Ermənistan hakimiyyətinə müraciət ediblər.

Eyni zamanda, Suriya erməniləri özləri Suriyadan Ermənistana köçmələrinə və yaşamaq üçün əlverişli şərait yaratmalarına dəstək məqsədilə konkret dövlət proqramı olmadığını iddia edirlər.

Suriyada çox sayda erməni sahibkar öz biznesini Ermənistana daşımaq istədi, amma tarixi vətənlərinə gəlib, “oradakı oyun qaydaları ilə” tanış olduqdan sonra bu ideyadan imtina etdilər. Ermənistandakı qanunlar və qanunsuzluq onları qorxutdu”, deyə Armİnfo anonim mənbədən sitat gətirir.

Onun sözlərinə görə, Ermənistanda iqtisadi sahəni tənzimləyən qanunlar səmərəli biznes üçün şərait yaratmır. “Ermənistanda vergilər çox yüksəkdir və qanun çərçivəsində fəaliyyət göstərsən müflis olmaq olar, amma ən pisi odur ki, bu qanunlar da çox vaxt işləmir. Ermənistanda diaspor ermənilərinə, xüsusən sahibkarlara necə münasibət olduğu hamıya məlumdur – hansısa məmurla sövdələşib, rüşvət vermək, haradansa ortaya çıxan “yaxşı oğlanlara” pul vermək və bütün bunlarla yanaşı yüksək vergi ödəmək lazımdır. Ümumiyyətlə, Ermənistandakı biznes mühiti Suriya ermənilərini tarixi vətənlərində investisiyalara niyyətindən daşındırır”, deyə mənbə qeyd edib.

Bu zaman o bildirib ki, ermənilərin Suriyadan Ermənistana axını təkcə Allepo-Yerevan-Allepo reysinə aviabiletlərin deyil, Yerevanda və əyalətlərdə mənzillərin də əhəmiyyətli dərəcədə bahalaşmasına gətirib çıxarıb.

Suriyadakı vəziyyətdən danışan Armİnfo-nun həmsöhbəti böhranın gündən-günə artdığını bildirib. “Bu yaxınlara qədər ermənilərin məskunlaşdığı Allepoda nisbətən sakitçilik idi, amma son dörd gündə şəhər daim atəşə tutulur, insanlar küçələrə çıxmağa qorxur, sabitliyə isə heç bir ümid yoxdur”, deyə həmsöhbət qeyd edib.

Geri qayıt