Əsas Səhifə > Sosial, Manşet > FƏRHAD ƏLİYEVİN HƏYATI YENİDƏN TƏHLÜKƏDƏDİR

FƏRHAD ƏLİYEVİN HƏYATI YENİDƏN TƏHLÜKƏDƏDİR


27-07-2012, 12:54
FƏRHAD ƏLİYEVİN HƏYATI YENİDƏN TƏHLÜKƏDƏDİR

HAVALARIN İSTİ KEÇMƏSİ KEÇMİŞ NAZİRİN SƏHHƏTİNƏ PİS TƏSİR EDİB

DİA.AZ: - Bir müddət əvvəl keçmiş millət vəkili Cəmil Həsənli hazırda həbsdə saxlanılan sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin səhhətində problemlərin yarandığı barədə ictimaiyyəti məlumatlandırsa da, sonradan Ədliyyə Nazirliyi Penitensiar Xidmətin rəsmiləri tərəfindən bu xəbər təkzib olundu. Xidmətdən verilən rəsmi açıqlamada bildirilirdi ki, deyilənlər həqiqətə uyğun deyil və hətta bu barədə Fərhad Əliyevin özü ilə də danışılıb və o da səhhətinin qaydasında olduğunu qeyd edib.

Amma sonradan xidmətin bu məsələdə heç də doğrunu söyləyən mövqedə dayanmadığı məlum oldu. Və o da aydın oldu ki, nədən rəsmi dairələr 2005-ci ilin 17 Oktyabr tarixində «dövlət çevrilişinə cəhd» ittihamı ilə həbs olunan və sonradan, 2007-ci ildə yalnız iqtisadi cinayətlərə görə mühakimə olunaraq 11 il azadlıqdan məhrum edilən Fərhad Əliyevin sağlıq durumu ilə bağlı dürüst bilgiləri gizlətməyə çalışırlar. Bununla bağlı DİA.AZ-ın apardığı araşdırmalar nəticəsində bir fakt ortaya çıxmışdı ki, əgər Fərhad Əliyevin hal-hazırda əziyyət çəkdiyi xəstəlik rəsmi qeydlərə keçərsə, o zaman bu xəstəliyi səbəbindən keçmiş nazir azadlığa buraxılmalıdır.

Redaksiyamıza daxil olan son məlumatlardan isə aydın olur ki, son bir həftə ərzində ürək xəstəsi olan Fərhad Əliyevin ağrıları yenidən baş qaldırıb. Tez-tez ürəksıxılmalarından əziyyət çəkən sabiq nazirin yaxınlarının bildirdiyinə görə, bu havaların isti keçməsilə əlaqədardır.

Mənbə iddia edir ki, Fərhad Əliyevin saxlanıldığı kamerada münasib şəraitin olmaması, kameranın soyutma sistemində son bir həftədə yaranan problemlər yenidən əvvəlki ağrıları geri qaytarıb. Mənbəmiz onu da bildirdi ki, əgər nazir Penitensiar Xidmətin Mərkəzi Müalicə Müəssisəsinə köçürülməzsə, bu, ona həyatı bahasına başa gələ bilər.

Geri qayıt