Əsas Səhifə > Dünya > TÜRKİYƏ MÜHARİBƏYƏ HAZIRLAŞIR

TÜRKİYƏ MÜHARİBƏYƏ HAZIRLAŞIR


27-07-2012, 13:13
TÜRKİYƏ MÜHARİBƏYƏ HAZIRLAŞIR

SƏRHƏD QOŞUNLARI DÖYÜŞ HAZIRLIĞI VƏZİYYƏTİNDƏ!

Bir sıra KİV-də Kürdüstan Fəhlə Partiyasının üzvlərinin Suriyanın şimal ərazilərinə nəzarət etməsi barədə məlumatın yayılmasından sonra Türkiyə ordusu Suriya ilə sərhəddə yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Vətən" qəzeti cümə günü xəbər verib.

Məlumata görə, Suriya ilə sərhəddə hərbi qulluqçuların sayı artırılıb və əlavə hərbi texnika yerləşdirilib.

BMT-nin məlumatına görə, Suriyada münaqişə qurbanlarının ümumi sayı 17 min nəfərdir. 230 minə yaxın insan qaçqına çevrilib, bir milyona yaxın insanın humanitar yardıma ehtiyacı var. Suriya hakimiyyəti bəyan edir ki, onlar yaxşı silahlanmış yaraqlılarla mübarizə aparırlar.

Geri qayıt