Əsas Səhifə > Partiya > ABGÜL SÜLEYMANOVA QARŞI ÇIXIŞ OLACAQ

ABGÜL SÜLEYMANOVA QARŞI ÇIXIŞ OLACAQ


28-07-2012, 11:59
ABGÜL SÜLEYMANOVA QARŞI ÇIXIŞ OLACAQ

DİNDAR MƏHBUS İTTİHAMLARLA RAZI DEYİL

Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində ruhani Hacı Abgül Süleymanovun son məhkəmə istintaq iclası keçirilib. Məhkəmədə son şahid dindilirib. O, Binəqədi Rayonunun İcra nümayəndəsinin məsləhətçisi Qasımov Osman olub. Şahid məhkəməyə vəkillərin qaldırdığı vəsatət əsasında çağırılıb. Qaydaya uyğun olaraq şahidə ilk olaraq vəkil Rüstəm Zülfüqarov suallar ünvanlayıb.

Şahid deyib: "Mən Binəqədi Rayon sakiniyəm. Hadisə zamanı Biləcəridə idim. Binanın qarşısında toplaşmış insanlar gördüm. Marağımı çəkdi. Soruşdum nə baş verib? Dedilərki bir nəfərin evində axtarış aparacağıq. Sizi də şahid kimi dəvət edirik. Məndə qəbul etdim. Bundan sonra evin qapısını açan adamı gözlədik. O yubandığından qapı kəsildi. Elə qapı kəsilən zaman ev yiyəsi gəldi. Girdik evə. Otaqlardan birində əsgər paltarları və silah, daraq, patron digərində isə kitablar var idi. Daha sonra protokol yazıldı. Oxudular sonra imza atdım."

Bundan sonra hakim ümumiikdə 16 şahidin dindirildiyini və bununla da şahidlərin bitdiyini elan etdi. Daha sonra komputer vasitəsi ilə Hacı Abgül Süleymanovun MTN əməkdaşları tərəfindən saxlanılması video sujeti göstərmək yerinə ruhaninin arxiv çıxışları dinlənildi.

Vəkil Hacı Abgül Süleymanovun saxlanıldığı an qeydə alınan videonun yayımlanmasını hakimdən istəyib. Bunun üstündən keçən hakim Hacı Abgül Süleymanovla bağlı ekspert rəyini açıqladı.

Ekspert rəyində Hacı Abgülün ittiham olunduğu maddələrin necə baş verdiyi barədə məlumatlar qeyd olunub: "Hacı Abgül Süleymanovun mənbəsi məlum olmayan narkotik maddənin satışı ilə məşğul olub. Həmin maddənin ekspertizadan sonra eroin olduğu aşkarlanıb. Abgül Süleymanov həmçinin evində haradan aldığı məlum olmayan silah-sursat saxlayıb. Papanin adlanan məntəqədə 27 noyabrda çıxış edib. Çıxışı ilə insanları təxribata sövq edib və bunun nəticəsində 2010-cu ilin dekabr ayında bir qrup insan Təhsil nazirliyi qarşısında hicab qadağasına görə etiraz aksiyası keçirib."

Vəkillər hakimə Abgül Süleymanovun 27 noyabrda Azərbaycan respublikasının ərazisində olmadığına dair xarici pasportun sürətini veriblər.

Bundan başqa Abgül Süleymanov evindən çıxan silah-sursatın və narkotikin MTN tərəfindən evinə qoyulduğunu bildirir.

Bundan sonra hakim məhkəmə istintaqının bitdiyini elan edib və dövlət ittihamçının çıxış hazırlamaq üçün növbəti iclası 3 avqust saat 16:00-a təyin edib. \İslamazeri.az

Geri qayıt