Əsas Səhifə > Sosial, Manşet > DEPUTAT BULVARDA VERDİYİ SÖZƏ ƏMƏL EDƏ BİLMƏYİB

DEPUTAT BULVARDA VERDİYİ SÖZƏ ƏMƏL EDƏ BİLMƏYİB


28-07-2012, 13:07
DEPUTAT BULVARDA VERDİYİ SÖZƏ ƏMƏL EDƏ BİLMƏYİB

YENİ BULVARDAKI VELOSİPEDÇİLƏR ƏSL ÖLÜM MƏNBƏYİNƏ ÇEVRİLİBLƏR

DİA.AZ: - Dənizkənarı Milli Parkın genişlənmiş, yeni bulvar adlanan ərazisində velosipedçilər üçün xüsusi meydançanın ayrılmasına ilk əvvəl sevinənlər tapılsa da, indi bu məsələ əksəriyyətin qanını qaratlmaqdadır. Xüsusən də yeni bulvara istirahət etmək, günün yorğunluğunu çıxarmaq üçün üz tutanların.

Dəfələrlə verdiyimiz məlumatlarda da bildirmişik ki, əslində velosipedçilərin bulvar ərazisinə buraxılması birbaşa olaraq istirahət edənlərin həyatının təhlükəyə atılmasıdır. Artıq bu vaxta qədər ərazidə 30-dan artıq veliosiped qəzası olub ki, nəticədə xəsarət alanların böyük əksəriyyəti körpə uşaqlardır. Hətta sonuncu dəfə azyaşlı uşaqlardan birinin kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirildiyini də bildirmişdik.

Qeyd edək ki, bu xəbərimizin ardından veliosipedçilərin yeni bulvara buraxılması bir neçə günlük əngəlləndi. Amma indi yenə də hər şey köhnədə olduğu kimidir. Velosipedçilər onlar üçün ayrılmış xüsusi ərazilərdə yox, əhalinin istirahəti üçün nəzərdə tutulan ərazidə ora-bura sürətlə şütüyərək həm vətəndaşların əsəbləri ilə oynayırlar, həm də onların həyatını risq altında qoyurlar.

Bildirək ki, yeni bulvar ərazisində təxminən 200-dən artıq velosiped də icarə üçün - bir saatı 2 manata müştərilərə təklif olunur. İndii özünüz təsəvvür edin, eyni anda ən azından 100 velosipedçinin hərəkət etdiyi ərazidə vətəndaşlar az qala akrobatik tryuklar hesabına öz körpə uşaqlarının həyatını qoruyurlar.

Bu arada DİA.AZ-a məlumat verən vətəndaşlardan biri bildirdi ki, dəfələrlə bulvar rəhbərliyinə şikayət etsələr də, onların narazılıqları qulaqardına vurulub: «Hətta bulvarın mühafizəçiləri də velosipedçilərin müəyyən olunmuş zolaqda hərəkətinə nail ola bilmirlər».

Şikayətçi vətəndaş maraqlı bir faktı da açıqladı: «Bir neçə gün əvvəl velosipedçilərdən biri körpə bir uşağı tapdalayaraq, üzərindən keçdi. Uşaq al-qanın içində idi. Bu zaman bulvarda deputatlardan biri də istirahət edirdi və o, hadisə yerinə yığışan vətəndaşları əmin etdi ki, bulvarda velosipedlərin hərəkətinin ləğv edilməsi üçün əlindən gələn hər şeyi edəcək. Üstündən az qala bir ay vaxt keçir. Heç bir yenilik yoxdur. Görünür, hörmətli deputatımız da bulvarda insanların həyatının risq altında qoyaraq pul qazan işbazlarla bacara bilməyib».

Qeyd edək ki, həmin deputatın kimliyi redaksiyamıza bəlli olsa da, bəzi səbəblərdən bunu açıqlamırıq. Məsələ ilə bağlı bütün tərəfləri dinləməyə hazırıq.

Geri qayıt