Əsas Səhifə > Sosial, Manşet > «TEXNİKABANK»IN DAHA BİR ƏMƏKDAŞI HƏBS EDİLDİ

«TEXNİKABANK»IN DAHA BİR ƏMƏKDAŞI HƏBS EDİLDİ


28-07-2012, 15:49
«TEXNİKABANK»IN DAHA BİR ƏMƏKDAŞI HƏBS EDİLDİ

BANKIN MƏRKƏZİ OFİSİNDƏ APARILAN YOXLAMALAR QALMAQAL YARATDI

DİA.AZ: - Xatırladaq ki, Etibar Əliyevin həbsindən sonra kifayət qədər nüfuz itkisinə məruz qalmış «Texnikabank» ASC-nin səhmdarların keçən ay keçirilən növbədənkənar ümumi yığıncağında Müşahidə Şurasının yeni tərkibi təsdiq edilib. Belə ki, səhmdarların qərarı ilə İsmayılov Rövşən İsmayıl oğlu bankın Müşahidə Şurasının sədri, Mürşüdlü Fuad Ələkbər oğlu və Ağayev Rauf Məmməd oğlu Müşahidə Şurasının üzvü təyin ediliblər.

Xatırladaq ki, «Texnikabank» ASC 1993-cü ildə təsis olunub. Bankın 35 filialı və 637 işçisi var. Etibar Əliyevi əvəzləyən İsmayılov Rövşən İsmaılovun kimliyinə gəlincə isə yetərincə gənc kadr olan yeni MŞ sədri 1992-96-cı illərdə İstanbul Universitetinin bank işi fakultəsində təhsil alıb. Bildirək ki, Rövşən İsmayılov da mərhum prezidentimiz Əbülfəz Elçibəyin böyük ümidlərlə Türkiyəyə yolladığı və bir kadr kimi geri dönəcəyinə inandığı o zamankı şagirdlərdən biri olub.

Türkiyədən döndükdən sonra isə yeni şəraitə, yeni siyasi mühitə baş vurmayan Rövşən İsmayılov ixtisasına uyğun şəkildə işləyib və 2007-ci ildə iqtisadi təhsilini davam etdirərək Dövlət İqtisad universitetinin maliyyə fakultəsində magistr dərəcəsi alıb. «TexnikaBank»ın rəhbərliyinə təyinata qədərsə Rövşən İsmayılov «BeynəlxalqBank»ın idarə heyətinin sər müavini və baş maliyyə direktoru postlarını tutub.

Amma deyəsən, onun keçdiyi yol belə, Etibar Əliyevi həbsə yollayan qüvvələrin «TexnikaBank»la bağlı planlarını durdurmalarına nədən olmur. Bununla əlaqədar DİA.AZ-a məlumatı ötürən mötəbər qaynaq iddia edir ki, Maliyyə Nazirliyi tərəfindən (maraqlıdır ki, yoxlama qrupuna Milli Təhlükəsizlik Nazirliyinin mütəxəssisləri də daxildir -red.) sözügedən bankda maliyyə yoxlamalarına başlanılıb: «Artıq bir neçə müddətdir ki, «TexnikaBank»ın Etibar Əliyevin dövrünə aid olan bütün maliyyə sənədləri və əməliyyatları təftiş edilir».

Məlumatı verən mənbə onu da bildirdi ki, hər halda, yoxlamaların yeni rəhbərliyə aidiyyatı olmasa da, hazırki rəhbərlikdən kimlərinsə narahat olmasına ehtiyac var: «Çünki əgər söhbət külli miqdarda yeyintidən, saxta bank əməliyyatlarından gedirsə, bu məsələdə Etibar Əliyevi və sadəcə olaraq bir filial müdirini «günah keçisi» kimi müəyyən edib «rasxod»a vermək imkansızdır».

Bununla bağlı redaksiyamıza daxilt olan son məlumatlardan aydın olur ki, bu gün səhər saatlarından etibarən «Texnikabank»ın mərkəzi ofisində yoxlamalar başlayıb. Mənbəmiz hətta iddia edir ki, bankın yeni rəhbərliyi yoxlamalara manne olmağa çalışıb və bu zaman təftiş qrupu ilə bankın əməkdaşları arasında mübahisə də yaranıb. Sonradan məsələyə daha yuxarı instansiyaların qarışması nəticəsində bankın əməkdaşları geri çəkilməli olublar.

Mənbəmiz bildirir ki, bu zaman maliyyə nazirliyinin ekspertlərinə manne olmasına görə, «TexnikaBank»ın mərkəzi ofisinin mühafizə xidmətinin əməkdaşlarından biri polis bölməsinə aparılıb. Mənbəmiz bildirir ki, sonradan həmin bank əməkdaşı 32 manat cərimə edilərək buraxılıb.

Geri qayıt