Əsas Səhifə > Güney Press, Üçüncü sektor > GİROV ŞAİRLƏR MƏHKƏMƏ QARŞISINA ÇIXARILIR

GİROV ŞAİRLƏR MƏHKƏMƏ QARŞISINA ÇIXARILIR


29-07-2012, 12:14
GİROV ŞAİRLƏR MƏHKƏMƏ QARŞISINA ÇIXARILIR

10 GÜNDƏN SONRA MÜHAKİMƏ OLUNACAQLAR

İranda həbs edilmiş azərbaycanlı şairlərin məhkəməsi avqustun 7-nə təyin olunub, Trend-in məlumatına görə, bu barədə XİN-in rəsmi nümayəndəsi Elman Abdullayev bildirib.

Məhkəmənin tarixi barəsində Azərbaycan baş kosulluğuna İran təfindən məlumat verilib. Abdullayevin sözlərinə görə, bugün Tebrizdə baş konsulluğun nümayəndəsinin iştirakı ilə həbs edilmiş şairlər öz ailə üzvləri ilə görüşüblər.

Xatırladaq ki, iyulun 26-da Azərbaycanın Təbrizdəki vitse-konsulu Nəriman Orucəliyev İranda həbs edilən azərbaycanlı şairlərlə görüşüb.

İki azərbaycanlı şair Fərid Hüseyn və Şəhriyar Hacızadə mayın 2-də İranda həbs olunublar.

Geri qayıt