Əsas Səhifə > Güney Press, Üçüncü sektor > POLİSLƏR MƏHBUSUN QULAQ PƏRDƏSİNİ DEŞİBLƏR
POLİSLƏR MƏHBUSUN QULAQ PƏRDƏSİNİ DEŞİBLƏR29-07-2012, 12:19 |
HƏKİMLƏR FAKTI TƏSDİQLƏYİB Penitensiar Xidmət və Məhkəmə Ekspertizası Mərkəzindən olan bir qrup həkim cümə günü Bakı İstintaq Təcridxanasında həbsdə olan hüquq müdafiəçisi İlham Əmiraslanovu tibbi müayinə ediblər. Həkimlər Əmiraslanovun qulaq pərdəsinin deşildiyini təsdiq ediblər, amma yaranın sağaldığını bildiriblər və deşilən qulaq pərdəsinin tezliklə bərpa olunacağına əminlik ifadə ediblər. Əmiraslanov 8 iyunda həbs ediləndən sonra polislər onu döyən zaman qulaq pərdəsinin deşildiyindən şikaəyət edib, amma həkimlər buna diqqət yetirməyib və zədəni qeydə almayıblar. Yalnız 19 iyulda BİT-nın tibb məntəqəsi qulaq pərdəsinin deşildiyi barədə rəsmi rəy verib. Bu isə başqa məhkəmə ekspertiza mərkəzlərinin və Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinin rəyləri ilə ziddiyyət təşkil edir. Əmiraslanov uzun müddət qabırğalarında və başqa daxili orqanlarında ağrılardan şikayət edib, Ədliyyə Nazirliyinə, Baş Prokurorluğa, ombudsmana müraciətlərinə baxmayaraq ciddi müayinə edilməyib. ATƏT-in Bakı təmsilçiliyinin xahişi ilə 19 oyulda “İnsan Haqları Uğrunda” QHT-nin rəhbəri Eynulla Fətullayev onu yoluxub və söhbətin nəticələri barədə bu təşkilata hesabat təqdim edib. Prokurorluq da BİT-də Əmiraslanova işgəncə verilməsi faktı üzrə ifadə alıb. “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının üzvü Əmiraslanov 8 iyunda, bir qrup fermerin fövqəladə hallar naziri Kəmaləddin Heydərov və icra başçısı Nazim İsmayılov ilə görüşündən 4 gün sonra həbs edilib. Bu görüşdə fermerlər 2010-cu il daşqınından sonrakı bərpa işlərinin gedişindən narazılıq ifadə ediblər. Görüşdən sonra onu izləməyə başlayıblar və tapança və döyüş sursatı saxlamaq ittihamı ilə həbs olunub. Sonradan Əmiraslanov bildirib ki, silah saxladığını işgəncə altında yalandan etiraf edib. Əmiraslanov “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının başqa üzvləri ilə birgə korrupsiya ilə aktiv mübarizə aparıb və 2010-cu il daşqınının nəticələrinin aradan qaldırlması üzrə yarım milyard manatlıq proqramın həyata keçirilməsi gedişində vətəndaşların hüquqlarını müdafiə edib. Geri qayıt |