Əsas Səhifə > Sosial, Manşet > HAKİMİYYƏT İÇİNDƏ GENERALLARIN SAVAŞI
HAKİMİYYƏT İÇİNDƏ GENERALLARIN SAVAŞI29-07-2012, 13:18 |
VAQİF AXUNDOVUN «ŞPİON OVU»NA ÇIXMASININ SƏBƏBLƏRİ BƏLLİ OLUR DİA.AZ: - Xüsusi Dövlət Mühafizə Xidmətinin (XDMX) sabiq əməkdaşları - baş leytenant Asif Lətifov və çavuş Seymur Əlicanovla bağlı məsələ, artıq XDMX rəisi general Vaqif Axundov üçün əməlli-başlı başağrısına çevrilməkdədir. Xatırladaq ki, bir neçə gün əvvəlki məlumatımızda Vaqif Axundovun baş verənlərin daha da geniş miqyası əhatə etməsini görərək, bu işdə hədəfdən yayınmağa çalışmasını və guya ki, qovulan əməkdaşların XDMX-nin rəis müavini, prezidentin şəxsi mühafizəsinin rəhbəri general Bəylər Əyyubov tərəfindən «vurulması» haqda rəy yaratdığını diqqətinizə çatdırmışdıq. Ki, bu məsələdən də artıq XDMX daxilində iç savaşın başladığı qənaəti irəli sürülmüşdü. Bildirək ki, xidmətdən uzaqlaşdırılan sabiq əməkdaşlardan biri - baş leytenant Asif Lətifova qarşı XDMX-nin rəhbərliyi tərəfindən birbaşa olaraq «MTN-nin şpionu» ittihamı irəli sürülüb ki, bunun özü də cəmiyyət arasında çaşqınlığa səbəb olub. Hər halda, MTN Azərbaycan dövlətinin bir strukturudur və XDMX rəhbərliyinin öz daxilində «MTN agenti» axtarması da heç cürə anlaşılan deyil. Və elə bütün bunlar da belə deməyə əsas yparadır ki, əslində Vaqif Axundov bu zaman sırf olaraq şəxsi maraqlarından çıxış etməkdədir. Bununla əlaqədar DİA.AZ-a daxil olan son məlumatlardan aydın olur ki, Vaqif Axundov artıq məsələnin həddən-ziyadə böyüdüyünü gördüyündən vəziyyətdən çıxış yolları aramağa başlayıb. Mənbəmiz bildirir: «Amma vəziyyətdən çıxış yolu axtarması da ona baha başa oturub. Çünki işi artıq hakimiyyətin üst düzəyi araşdırır və aydın olub ki, Vaqif Axundov şəxsi marağından çıxış etməklə, dövlətin strateji qurumlarından birinin fəaliyyətini iflic vəziyyətinə salıb». Mənbəmiz iddia edir ki, bu gün Vaqif Axundov XDMX-yə peşəkarları yox, öz qohumlarını yerləşdirməklə məşğuldur: «Generalın əsas qorxusu isə XDMX-nin ləğvi planıdır. Plana görə, qurum ləğv edilərək, MTN-ə birləşdirilə bilər. Buna görə də Vaqif Axundov öz idarəsində Eldar Mahmudova şpionluq edən şəxsi aramaqla məşğuldur. Amma «yuxarılar» bundan qeyzləniblər və yaxın günlərdə proseslərə ciddi müdaxilə gözlənilir». Mövzu diqqətimizdədir. Bütün tərəfləri dinləməyə hazırıq. Geri qayıt |