Əsas Səhifə > Güney Press, Araşdırma > MƏTİN MEHDİYEVİN QATİLLƏRİ HƏBS OLUNUB

MƏTİN MEHDİYEVİN QATİLLƏRİ HƏBS OLUNUB


29-07-2012, 13:41
MƏTİN MEHDİYEVİN QATİLLƏRİ HƏBS OLUNUB

QULDURLAR ARASINDA İKİ QIZ DA VAR

Moskvada qətlə yetirilən Rusiya İslam Mədəniyyəti Mərkəzinin beynəlxalq şöbəsinin 33 yaşlı rəhbəri Mətin Mehdiyevin ölümündə şübhəli bilinənlər saxlanılıb. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, polis azərbaycanlı M.Mehdiyevi aprelin 9-dan 10-na keçən gecə Moskvada çörək almaq üçün evindən çıxıb və yaşadığı evin qarşısında qəddarlıqla qətlə yetirənlərin məqsədinin qarət olduğunu bildirib.

Hazırda hadisə ilə bağlı iki gənc saxlanılıb. Aparılan istintaqın ilkin nəticələrinə görə, M. Mehdiyevə 2 qızın da daxil olduğu 4 nəfərlik qrup hücum edib. Hələlik saxlanılanlar haqda heç bir əlavə məlumat verilmir.

Hüquqmühafizə orqanlarından "İnterfax”a bildiriblər ki, 10 aprel tarixində axşam saatlarında Belorussk rayon vokzalında vətəndaşlara hücum edən quldur qrupları qeydə alınıb. Həmin dəstənin M. Mehtiyevə hücum etməsi istisna edilmir. Lakin versiyada qəribəlik var: həmin gecə bıçaqla edilən hücumlar ölümlə nəticələnməyib.

Operativ-istintaq qrupu versiyasında ehtimal edir ki, Mehtiyev hücum zamanı müqavimət göstərib və ölümcül yaralanıb. Millətçilərin hücum etməsi versiyası isə nəzərdən keçirilmir.

Xatırladaq ki, azərbaycanlı M.Mehdiyev aprelin 9-dan 10-na keçən gecə Moskvada çörək almaq üçün evindən çıxıb və yaşadığı evin qarşısında qəddarlıqla qətlə yetirilib. Cəsədin üzərində boğaz nahiyəsində kəsilmiş-deşilmiş yaralar olub və öldürüldükdən sonra onun üzü eybəcər vəziyyətə salınıb. O, ötən il ailə qurub, 1 qızı qalıb.

ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Mətin Mehdiyevin öldürülməsinə bir neçə dəqiqə qalmış şübhəli dörd şəxsdən biri supermarketin təhlükəsizlik kameralarına düşüb. Həmin şəxs qarşısına çıxan şəxslərə söz ataraq sanki diqqət çəkməyə çalışırmış.

Kamera görüntülərində həmin şəxsin sərxoş vəziyyətdə olması da hiss edilirmiş. Şübhəli şəxs supermarketə nə isə almaq üçün deyil Mətin Mehdiyevin ardınca düşərək gəlibmiş. Şahidlərin ifadələrinə görə, qatillər iki oğlan və iki qız olmaqla dörd nəfər olublar.

Polis qətlin azərbaycanlı din xadimi Mətin Mehdiyevin bir neçə min dollar dəyərində olan "Vertu" telefonunu oğurlamaq məqsədilə törədildiyini ehtimal edir. Ancaq qətldən sonra onun üzərində olan iPhone-a toxunulmayıb. Qatillərin telefonu sifarişli cinayətə qarət görüntüsü vermək üçün törədilə biləcəyidə istisna edilmir.

Geri qayıt