Əsas Səhifə > Dünya > MEDVEDYEV YENİDƏN PREZİDENT OLA BİLƏR

MEDVEDYEV YENİDƏN PREZİDENT OLA BİLƏR


30-07-2012, 12:15
MEDVEDYEV YENİDƏN PREZİDENT OLA BİLƏR

“ƏGƏR BU İNSANLARA MARAQLI OLARSA”

Rusiya baş naziri Dmitri Medvedev ölkə prezidenti vəzifəsinə namizədliyini irəli sürəcəyini istisna etmir.

Bu barədə SalamNews-un “İnterfaks”a istinadən verdiyi xəbərdə deyilir.

“Mən gələcəkdə prezidentliyə namizədliyimi irəli sürəcəyimi heç zaman istisna etməmişəm. Əlbəttə, əgər bu bizim insanlara maraqlı olarsa”, - D.Medvedev Britaniyanın "The Times" qəzetinə müsahibəsində bildirib.

“Əgər xalq bezərsə və mənə "Goodbye" deyərsə, bu halda mən memuarlar yazmaqla məşğul olacam. Ancaq mən əminəm: hələ ki, nə mənim, nə də təmsil etdiyim siyasi qüvvənin fəal siyasi həyatdan getmək üçün əsası yoxdur. Buna görə də, mən özüm üçün heç nəyi istisna etmirəm. Mən indi də siyasi həyatın mərkəzindəyəm, mən indi də çox çalışıram və gələcəkdə də buna davam etmək niyyətindəyəm”, - baş nazir əlavə edib.

Geri qayıt