Əsas Səhifə > Güney Press, Üçüncü sektor > ALI QOCAYEVİN ADAMININ BAŞI DƏRDDƏDİR

ALI QOCAYEVİN ADAMININ BAŞI DƏRDDƏDİR


30-07-2012, 12:29
ALI QOCAYEVİN ADAMININ BAŞI DƏRDDƏDİR

BƏLƏDİYYƏ SƏDRİNİN MAŞNININA HƏBS QOYULDU

Binəqədi Rayon İcra Hakimiyyətinin bir neçə ay əvvəl Samuxa «transfer» olunmuş icra başçısı Alı Qocayevin ən sadiq adamlarından hesab olunan Binəqədi Rayon Bələdiyyəsinin sədri Fəzail Babayevin avtomobilinə məhkəmə qərarı ilə həbs qoyulub.

Bu barədə mia.az-a Bakı Apellyasiya Məhkəməsindən məlumat daxil olub.

Məlumatda bildirilir ki, 1956-cı il təvəllüdlü bələdiyyə sədri Fəzail Babayev rayonun Davudoğlu küçəsi ev 18-də yaşayan sakini Leyli Qaracayeva ilə məhkəmə çəkişməsindən məğlub ayrılıb: Onların arasında mal-mülk davası gedir. Tərələrin bir-birilərinə qarşı iddialarına Binəqədi Rayon Məhkəməsində baxılıb. Lakin həmin məhkəmənin çıxardığı qərar hər iki tərəfi qane etməyib. Ona görə də həm bələdiyyə sədri, həm də Leyli Qaracayeva apellyasiya şikayəti veriblər».

Məlumata görə, ötən həftə Bakı Apellyasiya Məhkəməsində hər iki tərərfin şikayəti üzrə qərar elan olunub: «Binəqədi Rayon Bələdiyyəsinin sədri Fəzail Babayev Leyli Nürədin qızı Qaracayevadan üzləşdiyi maddi ziyanı, Leyli Qaracayeva isə bələdiyyə sədrinin avtomaşınına həbs qoyulmasını tələb edirdi. İşə Bakı Apellyasiya Məhkəməsində hakim Tofiq Səmədov baxıb. O, Binəqədi Rayon Məhkəməsinin qərardadını ləğv etməklə bərabər, bələdiyyə sədrinin avtomobilinə həbs qoyulmasını da təmin edib».

Məsələyə tərəflərdən münasibət öyrənə bilmədik.

Geri qayıt