Əsas Səhifə > Güney Press, Araşdırma > ARDNŞ ŞEFİ RÜSTƏM İBRAHİMBƏYOVA QARŞI

ARDNŞ ŞEFİ RÜSTƏM İBRAHİMBƏYOVA QARŞI


30-07-2012, 12:32
ARDNŞ ŞEFİ RÜSTƏM İBRAHİMBƏYOVA QARŞI

RÖVNƏQ ABDULLAYEV TORPAQ DAVASINI NECƏ UDUR?

DİA.AZ: - Tanınmış kinorejissor və ssenarist, “Ibrus” teatrının rəhbəri, Ziyalılar Forumunun rəhbərlərindən Rüstəm Ibrahimbəyovla Dövlət Neft Şirkəti (ARDNŞ) arasında başlamış ərazi savaşı şiddətlənir.

DİA.AZ «Reytinq» qəzetinə istinadən xəbər verir ki, tərəflər arasındakı mübahisənin predmeti bir il əvvəl R.İbrahimbəyovun Bakının Bayıl qəsəbəsində, teleqülləyə yaxın ərazidə layihə dəyəri 20 milyon manat olan yeni Kino Evi tikintisi üçün aldığı torpaq sahəsini ARDNŞ prezidenti Rövnəq Abdullayevin göstərişi ilə şirkətin nümayəndələrinin zəbt ediblər:

Xatırlayırsınıza, həmin vaxt şirkət əməkdaşları ağır texnikanın köməyi ilə əraziyə qanunsuz girərək, orada qazıntı işlərinə başlamışdılar. ARDNŞ iddia edirdi ki, bəs həmin ərazi şirkətin balansındadır və onlar orada neft çıxaracaqlar. Bu adla R.İbrahimbəyovun şəxsi vəsaiti ilə aldığı və qanuni kupçası olan ərazi şirkət tərəfindən zəbt olunsa da, bu günədək orada hər hansı bir neft çıxarma işləri də görülməyib. Sadəcə ərazi hasara alınmaqla, qorunur. Bu zəbt etməyə görə isə kinorejissora nə kompensasiya, nə də həmin əraziyə uyğun başqa bir torpaq sahəsi təklif olunub. Buna görə də R.İbrahimbəyov dəfələrlə ölkə rəhbərliyinə müraciətlər də edib. Amma xeyri olmayıb. Odur ki, məsələni məhkəmə yolu ilə həll etməyə çalışıb. Lakin proseslərin gedişi göstərir ki, o, problemi Azərbaycan məhkəmələrində də həll edə bilməyəcək».

Müsahibimizin sözlərinə görə, R.İbrahimbəyov ARDNŞ rəhbərliyinin bu qanunsuzluğunu aradan qaldırmaq üçün Səbail Rayon Məhkəməsində iddia qaldırıb. Lakin rayon məhkəməsi kinorejissorun iddiasını təmin etməyib: «Rüstəm İbrahimbəyov rayon məhkəməsinin bu qərarından apellyasiya şikayəti verib. Hazırda iş Bakı Apellyasiya Məhkəməsində hakim Cəmilə Səfiyevanın sədrliyi ilə baxışdadır».

Məlumata görə, apellyasiya şikayəti bir neçə aydır baxışda olsa da, hələki hakim Cəmilə Səfiyevanın sədrlik etdiyi hakimlər korpusu Rüstəm İbrahimbəyovun şikayəti ilə bağlı qərarlarını elan etməyə tələsmirlər.

Məsələ ilə bağlı tərəflərdən rəsmi məlumat öyrənə bilmədik. Bakı Apellyasiya Məhkəməsindən isə ARDNŞ-lə kinorejissorun torpaq sahəsi ilə bağlı məhkəmə çəkişmələrinin olduğu təsdiqlənsə də, əlavə məlumat almaq mümkün olmayıb.

Geri qayıt