Əsas Səhifə > Sosial, Manşet > «AZAL» ŞEFİ DURDUĞU YERDƏ 150 MİN ZİYANA DÜŞDÜ

«AZAL» ŞEFİ DURDUĞU YERDƏ 150 MİN ZİYANA DÜŞDÜ


30-07-2012, 12:53
«AZAL» ŞEFİ DURDUĞU YERDƏ 150 MİN ZİYANA DÜŞDÜ

İDMANÇILARIMIZIN UĞURLARINA HANSI MƏMURLARIMIZ SEVİNMİR?

DİA.AZ: - Məlum olduğu kimi, Londonda ilk Olimpiya medalımızı ağırlıqqaldıran Valentin Xpristov əldə edib ki, artıq bu uğura görə gələn rəsmi açıqlamalarda da sözügedən qələbənin sevinci aşkar surətdə duyulmaqdadır. Əslində, bayrağımızın hər zaman ucalarda və daha ucalarda olması istənilən halda sevindiricidir. Amma hər zaman belə olmur və redaksiyamızın əldə etdiyi informasiyalardan sizə də aydın olacaq ki, nədən bəziləri idmançılarımızın qələbəsinə ürəkdən sevinə bilmirlər.

DİA.AZ-a daxil olan məlumatlardan aydın olur ki, idmançılarımızın olimpiadada əldə etdikləri nailiyyətlərin müqabili olaraq nəzərdə tutulan pul mükafatlarını əslində, həmin nailiyyətləri əldə edən idmançıların aid olduqları federasiyaların prezidentləri ödəyir.

Məsələn, ilk bürünc medalımızı qazanan Valentin Xristov Azərbaycan Ağır Atletika Federasiyasının nümayəndəsidir ki, bu federasiyaya da «AZAL» Dövlət konsernin prezidenti Cahangir Əsgərov rəhbərlik edir. Doğrudur, mətbuata verdiyi ilk açıqlamasında «Azərbaycan Hava Yolları» QSC-nin rəhbəri sevindiyini ifadə etməyə çalışıb və açıqlamasında «nəhayət ki, şeytanın qıçını qırdıq» ifadəsini də işlədib. Amma bu sevincin çox çəkməyəcəyi məlumdur. Çünki mənbəmizin iddialarına görə, idmançı üçün nəzərdə tutulan 100 min manatlıq mükafatı Cahangir Əsgərov ödəməlidir. Bildirək ki, idmançı ilə yanaşı, məşqçisi də 50 min manat mükafat alacaq.

Yəni bu fakt da təsdiqləyir ki, idman nailiyyətlərimiz heç də hər kəsin ürəyincə deyil…

Geri qayıt