Əsas Səhifə > Siyasət, Manşet > AZƏRBAYCAN QANUNLARI NECƏ QURBAN VERİLİR?
AZƏRBAYCAN QANUNLARI NECƏ QURBAN VERİLİR?27-10-2011, 13:51 |
NƏSİMİ RAYON MƏHKƏMƏSİNİN SƏDRİ KİMƏ GÜVƏNİR? DİA.AZ: - Neçə müddətdir ki, Qaradağ rayonu ərazisindəki daş karxanası ilə bağlı məlumatları diqqətinizə çatdırmaqdayıq. Xatırladaq ki, əslində ortada bir alət kimi istifadə edilən Akif Məmmədov adlı şəxs bütün bu proseslərdə heç də əhəmiyyətli fiqur deyil və bu işləri kənardan yönləndirən 3 əsas fiqur - haqsız olaraq neçə-neçə sahibkarın haqqını yeyən, onları şər və böhtan yolu ilə həbsxanaya göndərən bəlli bir cinayətkar dəstənin üzvləridir. Bildirək ki, həmin şəxslərin kimlikləri barədə də oxucularımızı yetəincə məlumatlandırmışıq. Söhbət özünü hansısa məmurun oğlu kimi təqdim edən Yusifov Amildən və onun bu işdə «podelnik»ləri hesab olunan Muradov Rəşadət və Ağaşirinov Ağalardan gedir. Bildirək ki, sonuncusu eyni zamanda vəkil kimi də fəaliyyət göstərir. Hər halda, daha çox vəkil adına yaraşmayan hərəkətləri ilə diqqətə gələn Ağaşirinov Ağaların bu şər-böhtan kampaniyası hesabına külli miqdarda sərvət əldə etməsi də bir faktdır. «Dünya» İnformasiya Agentliyi redaksiyasına (dia-az.life) ötürülən informasiyalarda da bildirilir ki, bütün bu prosesləri yönləndirən əsas fiqurlardan biri isə Nəsimi rayon məhkəməsinin sədri Ağamalı Qafarovdur. Məlumatlı mənbənin bildirdiklərindən belə aydın olur ki, məhz Ağamalı Qafarovun hesabına bu vaxta qədər onlarla qara işlərini rəsmiləşdirən Amil Yusifovla Rəşadət Muradov yaratdıqları «Qızıldaş Qardaşları» MMC-nin adı altında Qızıldaş qəsəbəsində də onlarla sahibkarı ağlar qoyublar. Maraqlıdır ki, külli miqdarda sərvətə sahblənən bu qrup bütün «təhlükəli məhkəmə işlərini» məhz Nəsimi rayon məhkəməsində həll ediblər. Onu da qeyd edək ki, redaksiyamıza Nəsimi rayon məhkəməsinin araçılığı ilə həyata keçirilən bir sıra cinayət əməlləri ilə bağlı şok faktlar daxil olub. Araşdırmalarımız davam edir və yaxın günlərdə həmin faktları konkret sənədlərlə diqqətinizə çatdıracağıq və görəcəksiniz ki, Azərbaycan dövlətinin qanunları Ağamalı Qafarov kimilərinin şəxsi biznes maraqlarına necə qurban verilir. Bizi izləyin… Geri qayıt |