Əsas Səhifə > Güney Press, Üçüncü sektor > BU QƏDƏR İŞ YERİ AÇIRLAR, AMMA...
BU QƏDƏR İŞ YERİ AÇIRLAR, AMMA...31-07-2012, 11:58 |
SƏTTAR MEHBALIYEVDƏN İLGİNC AÇIQLAMA “Azərbaycanda işsiz vətəndaşların sayı 250 min nəfərdən çoxdur”. APA-nın məlumatına bunu “Həmkarlar İttifaqları və gənclərin məşğulluğu: qlobal çağırışlar və yeni yanaşma” mövzusunda subregional konfransda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev bildirib. Onun sözlərinə görə, Ermənistanın Azərbaycana təcavüzü işsiz gənclərin sayının artmasına səbəb olub: “İşğal nəticəsində Azərbaycan vətəndaşlarının 300 mini iş yerindən məhrum olub”. S. Mehbalıyev bildirib ki, Azərbaycanda gənclərin sayı sürətlə artır, əhalinin 35 faizi 16-35 yaş olan gənclərdir. Ölkədə iqtisadi fəal əhalinin 27 faizini, məşğul əhalinin isə 25,5 faizini gənclər təşkil edir. Konfederasiya sədri MDB ölkələrindəki işsizlik vəziyyəti barədə də danışıb. Onun sözlərinə görə, bir çox ölkələrdə gənclər arasında işsizlik yaşlılara nisbətən 2-3 dəfə çoxdur, bəzi MDB ölkələrində isə işsizlərin ümumi sayının 40 faizini gənclər təşkil edir. Geri qayıt |