Əsas Səhifə > Partiya > “ÖZBAŞINALIQLARINA HEC CÜR HAQQ QAZANDIRMAQ OLMAZ”

“ÖZBAŞINALIQLARINA HEC CÜR HAQQ QAZANDIRMAQ OLMAZ”


16-09-2011, 13:23
“ÖZBAŞINALIQLARINA HEC CÜR HAQQ QAZANDIRMAQ OLMAZ”

DEVAMA-a HİCAB SİQNALLARI DAXİL OLUB

“Sentyabrın 15-də - təhsil ili başlayan gün bəzi məktəblərdən hicablı şagirdlərə məhdudiyyət qoyulması siqnalları daxil olub. Bu problem həm insanları mənəvi cəhətdən üzür, həm də şagirdlərin bir qismi tədris prosesindən faktiki olaraq kənarlaşdırılır”. Dini Etiqad və Vicdan Azadlıqlarını Müdafiə Mərkəzinin (DEVAMM) rəhbəri İlqar İbrahimoğlu belə deyib.

İlqar İbrahimoğlu “Media forum” saytına açıqlamasında qeyd edib ki, ölkə qanunları həm dini etiqad azadlığını, həm də təhsil hüququnu birmənalı şəkildə təsbit edir: “Belə olan təqdirdə təhsil məmurlarının bu özbaşınalıqlarına hec cür haqq qazandırmaq olmaz”.

DEVAMM sədri problemin köklü həlli üçün aparılmış "Yüzminlik müraciət" kampaniyası ilə bağlı gözləntiləri olduğunu vurğulayıb: "Problemin müsbət həllinə ümidimiz böyükdür. Xoş məramla irəli sürülən bu təşəbbüsü dövlət başçısının müsbət qarşılayacağı ilə bağlı gözləntilərimiz var. Bu problemin qalması heç kəsə lazım deyil. Ümidvarıq ki, yüzminlərlə insanı narahat edən bu problem tezliklə bitəcək".

Hacı İlqar deyib ki, belə bir həssas məqamda, məsələnin köklü həlli ilə bağlı gözləntilərin yaşandığı bir dönəmdə dini çevrədə hər kəs təmkinli davranmalıdır.

Geri qayıt