Əsas Səhifə > Güney Press, Üçüncü sektor > ELMAR VƏLİYEVDƏN ƏCAİB GÖSTƏRİŞ

ELMAR VƏLİYEVDƏN ƏCAİB GÖSTƏRİŞ


1-08-2012, 12:09
ELMAR VƏLİYEVDƏN ƏCAİB GÖSTƏRİŞ

İCRA BAŞÇISINDAN RAMAZAN QADAĞALARI

Ramazan ayı ərəfəsində Gəncədə dindarlara qarşı təzyiqlərin artması ilə bağlı redaksiyamıza şikayət məktubu daxil olub.

“Qafqazinfo”ya daxil olan xəbərə görə, dindarlar Gəncə şəhər İcra Hakimiyyətinin Ramazan ayında qadağaları gücləndirməsinə etiraz edirlər. Onların sözlərinə görə, icra hakimi Elmar Vəliyev məscidlərdə qədr (əhya) gecələrinin və iftar süfrələrinin keçirilməsini qadağan edib. Belə ki, İcra Hakimiyyətində keçirilən müşavirəyə dəvət olunan din xadimlərinə Ramazan ayı boyunca məscidlərdə iftar süfrələrinin verilməsinin ləğvi, Qədr (Əhya) gecələrinin keçirilməsinin qadağan olunması ilə bağlı qəti göstəriş verilib.

Hazırda xaricdə istirahətdə olduğu deyilən Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin təlimatına uyğun hərəkət etdiklərini bildirən rayon rəhbərliyi qadağalara tabe olmayacaq məscidlər barədə ciddi tədbir görülüləcəyini qeyd edib.

Geri qayıt