Əsas Səhifə > Partiya > İQBAL AĞAZADƏ İQTİDARLA DİALOQA HAZIRDIR

İQBAL AĞAZADƏ İQTİDARLA DİALOQA HAZIRDIR


1-08-2012, 12:28
İQBAL AĞAZADƏ İQTİDARLA DİALOQA HAZIRDIR

“PARTİYAMIZIN TƏKLİFLƏRİ OLACAQ”

“Cəmiyyətin həll edə bilmədiyi bütün məsələlər iqtidar-müxalifət dialoqunda masa üzərinə çıxarılmalıdır”.

Bu açıqlamanı APA-ya Ümid Partiyasının sədri İqbal Ağazadə verib. O deyib ki, dialoq baş tutarsa, görüşdə partiyanın xüsusi təklifləri olacaq: “Hesab edirəm ki, siyasətin predmeti olan bütün məsələlər ümummillidir. Nədənsə, ümummilli məsələ deyəndə hamı Qarabağ problemini nəzərdə tutur”.

İ. Ağazadə bildirib ki, dialoqda müzakirəyə çıxarılacaq məsələləri kateqoriyalara bölmək düzgün deyil: “Müzakirə ediləcək məsələlərə qeyri-ümummilli və ya ümummilli məsələ kimi yanaşmaq dialoq təklifinin reallaşmasına müsbət təsir göstərməyə bilər”.

Qeyd edək ki, bir müddət əvvəl Yeni Azərbaycan Partiyasının sədr müavini, icra katibi Əli Əhmədov ümummilli məsələlərdə müxalifətlə dialoqa hazır olduqlarını bildirib.

Geri qayıt