Əsas Səhifə > Şou-biznes > “EFİRDƏ QIZIN CAVABINI VERMƏDİM”
“EFİRDƏ QIZIN CAVABINI VERMƏDİM”1-08-2012, 13:12 |
“BU, ONUN ÜÇÜN BÖYÜK REKLAM OLA BİLƏR” Bu həftə ATV-də yayımlanan "Onlar" verilişində qəribə bir hadisə baş verdi. Belə ki, Mila adlı səhnəyə yeni atılmlş müğənni əlbəttə ki, asan yolla populyarlaşmaqdan ötrü həmkarlarının ünvanına söz atdı. O, əsasən Nuranı ağ yuyub, qara sərdi. Mila üçün bu şəraiti yaratmış "Onlar" verilişi isə onu yerdən göyə qədər təriflədi. Bircə mahnının ifaçısı olmuş bu xanımı nədənsə həddindən artıq qabartdılar. Milanın dilincə desək, "seksi-pepsi" müğənnini qaldırıb göyün yeddinci qatına qoydular. Sən demə, "Arxiv"in məqsədi varmış! Bu verilişin işçiləri dost veriliş olan "Onlar"ın vasitəsilə Nuradan qisas almaq istəyiblərmiş. Beləcə, bir güllə ilə iki quş vurmaq qərarına gəliblərmiş! Nura Suridən əldə etdiyimiz məlumata görə, bu "Onlar" və "Arxiv" verilişlərinin əməkdaşları tərəfindən hazırlanmış qərəzli süjetdir. Belə ki, Nuranı ikinci dəfə verilişə dəvət edən "Arxiv" onun rədd cavabından möhkəm əsəbiləşib və nəticədə müğənnini rüsvay etmək qərarına gəlib. "Milanın heç bir günahı yoxdur. Bu, sifarişli süjet idi. Səbəbini də bildiniz. Amma "Onlar" verilişinin mənə qarşı bu addımını heç cür başa düşə bilmədim. Həmçinin Röyaya olan sərt addımı da anlamadım. Eybi yoxdur, gec-tez haqq yerini tapacaq", - deyə açıqlama verən N.Suri hər iki veriliş haqda heç bir ölçü götürmək niyyətində olmadığını da vurğuladı: - Mənə yaxınlarım dəfələrlə dedilər ki, Facebook səhifəmdə bu məsələ ilə bağlı statusu silim. Amma oxuculara açıqlama verməyi özümə borc bildiyim üçün silmədim. Və efirdə də o qızın cavabını vermədim, vermək fikrim də yoxdur, bu, onun üçün böyük reklam ola bilər. Bəli, həqiqətən də düz deyiblər ki, əgər şou-biznes aləmində tez bir zamanda populyarlaşmaq istəyirsənsə, ya gərək aşıq-saçıq geyinəsən, ya da onun-bunun bostanını daşlayasan. Necə ki, Mila da bu şüara üstünlük verdi və artıq çoxları tərəfindən tanınmağa başladı. O, bircə mahnısı ilə tez bir zamanda "solo-konsert" verdi, dostları sağ olsunlar, gəlib salonu doldurdular. Əgər belə davam etsə, mahnılar yazdırıb, albom-filana ehtiyac qalmayacaq. Bir-iki aya Milanın H.Əliyev adına Sarayda konsert verəcəyini eşitsəniz, heç də təəccüblənməyin. Yox, əgər bilet almağa imkan etməsəniz, yenə də narahatçılığa gərək qalmayacaq. Çox güman ki, biletlər pulsuz paylanılacaq. Bu vasitə ilə də konsertdə iştirak edə bilməsəniz, yenə də nigaran qalmayın. Milanın reklamı ilə məşğul olan "Onlar" və "Arxiv" verilişləri uzun-uzadı bu konsertin "səs-sorağından" bəhs edəcəklər... Geri qayıt |