Əsas Səhifə > Dünya > OLİMPİADADA ALƏM BİR-BİRİNƏ DƏYDİ
OLİMPİADADA ALƏM BİR-BİRİNƏ DƏYDİ1-08-2012, 14:57 |
AMERİKALI İDMANÇILAR AKSİYA KEÇİRİR Dünyanın ən məşhur yüngül atletləri arasında yer alan bir sıra amerikalı idmançılar Londonda keçirilən Yay Olimpia Oyunlarında etiraz aksiyasına başlayıblar. SalamNews xəbər verir ki, onlar sponsorlarının reklamlarını qadağan edən qaydanın dəyişdirilməsini tələb edirlər. Yüngül atlet Don Harper ağzına "40-cı qayda" yazılmış skotç vuraraq şəkil çəkdirib. Etiraz aksiyası hələlik "Facebook", "Twitter" və idmançıların bloqlarında davam edir. Beynəlxalq Olimpiya Komitəsi isə ABŞ-ın Milli Olimpiya Komitəsinə müraciət edərək aksiyanın dərhal dayandırılmasını tələb edib. Aksiyanın lideri ABŞ-ın yüngül atletika yığmasının üzvü Don Harperdir. BOK qaydalarının 40-cı bəndi idmançılara Olimpiya Oyunları zamanı Olimpiadanın rəsmi sponsoru statusuna malik olmayan şirkətlərin reklam olunmasını qəti qadağan edir. Etiraz aksiyasına artıq onlarla amerikalı atlet qatılıb. Geri qayıt |