Əsas Səhifə > Güney Press, Araşdırma > NEFT ŞİRKƏTİ MALİYYƏ HESABATI VERDİ

NEFT ŞİRKƏTİ MALİYYƏ HESABATI VERDİ


1-08-2012, 15:10
NEFT ŞİRKƏTİ MALİYYƏ HESABATI VERDİ

ARDNŞ-IN GƏLİRLƏRİ 47 FAİZ ARTIB

Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti öz saytında 2011-ci ilin maliyyə hesabatını açıqlayıb.

Maliyyə fəaliyyəti haqqında hesabatın auditorunu "Ernst&Young" şirkəti aparıb. Nəticələr 20 iyun 2012-ci ildə təsdiqlənib.

Hesabata əsasən, ötən il ARDNŞ-nin gəlirləri 8 mlrd 132 mln 731 min manat (2010-cu ildəkindən 47,1% və ya 2 mlrd 605 mln 466 min manat çox), xalis mənfəət 809 mln 593 min manat (23,5% və ya 153 mln 853 min manat çox), vergi ödənilənə qədər mənfəət 1 mlrd 184 mln 844 min manat (053 mln 160 min manat az), aktivlər 16 mlrd 959 mln 911 min manat (8,2% və ya 1 mlrd 282 mln 143 min manat çox) olub.

Hesabatda deyilir ki, cari aktivlər 4 mlrd 929 mln 62 min manat, uzunmüddətlilər 12 mlrd 30 mln 849 min manatdır.

ARDNŞ-nin nizamnamə kapitalı 1 mlrd 59 mln 258 min manat təşkil edib. 2010-cu ildə bu göstərici 632 mln 732 min manat idi.

Ötən il şirkətin 3 mlrd 619 mln 59 min manat uzunmüddətli öhdəlikləri olub. 2010-cu ildə bu göstərici 3 mlrd 371 mln 90 min manat təşkil edib. Cari öhdəliklər 4,092 mlrd olub, kredit borcu 2,81 mlrd manata artıb.

Xatırladaq ki, ARDNŞ 1992-ci ilin sentyabrında yaradılıb. Hazırda orada 73 min nəfər işləyir. 2011-ci ildə şirkət 8400,9 min ton neft və 7084,2 mln m3 qaz hasil edib

Geri qayıt