Əsas Səhifə > Partiya > “VAHİD NAMİZƏD MƏSƏLƏSİ HƏLƏ TEZDİR”
“VAHİD NAMİZƏD MƏSƏLƏSİ HƏLƏ TEZDİR”2-08-2012, 11:30 |
ARİF HACILI BU MÖVZUNUN QAPANDIĞINI DEYİR “İctimai Palatada vahid namizəd məsələsinin indidən müəyyənləşdirilməsi ilə bağlı məsələ qurumun əsas mövzular sırasından çıxarılıb”. Bu açıqlamanı APA-ya Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı verib. İctimai Palatanın vahid namizədinin müəyyənləşdirilməsinə dair aparılan müzakirələrin səngiməsinin səbəbləri haqqında danışan A. Hacılı bildirib ki, bu mövzunun müzakirəsinə başlamağın hələ tez olduğu qənaətinə gəliblər: “Vahid namizəd məsələsinin müzakirəsi hələ tezdir və fəsadlar yaradır. Belə mövqelərə hörmətlə yanaşmaq lazımdır. Çünki istənilən halda hansısa təşəbbüsdən doğan islahatın fəsadları da olur”. Geri qayıt |