Əsas Səhifə > Güney Press, Araşdırma > "İCRA BAŞÇISI DA ADAM BIÇAQLAYAR?”

"İCRA BAŞÇISI DA ADAM BIÇAQLAYAR?”


2-08-2012, 12:23
"İCRA BAŞÇISI DA ADAM BIÇAQLAYAR?”

AĞCABƏDİNİN DEPUTATI İCRA BAŞÇISINI MÜDAFİƏ ETDİ

Milli Məclisin 82 saylı Ağcabədi seçki dairəsindən seçilən üzvü Tahir Rzayev təmsil etdiyi rayonun icra başçısı Rövşən Əhmədovun Ramiz adlı rayon sakinini bıçaqlaması haqda mətbuatda yayılan xəbəri təkzib edib. Deputat Modern.az-a açıqlamasında Ağcəbədi rayonunda belə bir hadisənin baş vermədiyini, icra başçısının hazırda məzuniyyətdə olduğunu deyib.

“Belə bir hadisə olmayıb. Deyilənlər yalandır. Həm də icra başçısı rayonda deyil, məzuniyyətdədir. Məndə olan məlumata görə, icra başçısı hazırda Azərbaycanda deyil. Necə ola bilər ki, o adam rayonda deyil, haqqında belə yalan məlumat yayılıb?. Yalan söhbətdir. Səhv eləmirəmsə, icra başçısı ayın 23-dən sonra məzuniyyətə çıxıb. Mən bu gün rayona gedəcəm. İcra başçısı uşaq deyil adam bıçaqlasın. İcra başçısı da adam bıçaqlayar?”, - deyə T.Rzayev bildirib.

Qeyd edək ki, “Yeni Müsavat” qəzetinin bugünkü sayında Ağcəbədi rayon İrca Hakimiyyətinin başçısı Rövşən Əhmədovun qardaşı ilə birgə Ramiz adlı rayon sakinini döyərək, bıçaqlaması haqda məlumat dərc olunub.

Geri qayıt