Əsas Səhifə > Sosial, Manşet > “QARABAĞ İSLAM TORPAĞIDIR. BİZİM TORPAQDIR”

“QARABAĞ İSLAM TORPAĞIDIR. BİZİM TORPAQDIR”


2-08-2012, 13:06
“QARABAĞ İSLAM TORPAĞIDIR. BİZİM TORPAQDIR”

ƏRDƏBİLİN TÜRK ƏSİLLİ DEPUTATI AZƏRBAYCAN SEVDALISI ÇIXDI

DİA.AZ: - İran parlamentinin qədim türk şəhəri Ərdəbildən olan deputatı Mənsur Həqiqətpur ilginc açıqlaması ilə diqqətə gəlib. Əslində Güney Azərbaycandan olan soydaşlarımızın hər hansı birindən ümumAzərbaycan maraqlarından çıxış edən fikri eşitdikdə heyrətlənməyimizin əsas nədəni, təbii ki, bugünkü fars-molla rejiminin antiAzərbaycan mövqeyində durması ilə bağlıdır. Elə buna görə də ərdəbilli millət vəkilinin Azərbaycandan yana danışmasını DİA.AZ olaraq diqqətinizə çatdırmağımızda məqsəd bu heyrətimizi bölüşmək istəyimizdən bağlıdır:

«Biz İran parlamentində Qarabağı və oranın Azərbaycana və islama aid olmasını möhkəm müdafiə edəcəyik.

Bu sözləri İran İslam Respublikası İslam Şurası Məclisinin Ərdəbil şəhəri üzrə millət vəkili Mənsur Həqiqətpur bildirib.

Həqiqətpur deyib ki, biz İran parlamentində Qarabağı və oranın Azərbaycana və islama aid olmasını möhkəm müdafiə edəcəyik.

Mənsur Həqiqətpur Beynəlxalq Səhər kanalının Kompas verilişində vurğulayıb: Qarabağ islam torpağıdır. Bizim torpaqdır. Biz ermənilərin və yəhudilərin Qarabağdakı hərəkətlərini qətiyyətlə pisləyirik. Biz yəhudiləri Azərbaycan üçün yaxşı dost bilmirik. Əgər Azərbaycan Respublikasına etiraz edirik ki, nə üçün yəhudiləri Azərbaycanda yerləşdirirsiniz? Buna görədir ki, nəhayətdə onlar Azərbaycanın xeyrini istəməyəcəklər və indi də bunu Qarabağdakı saxta seçkidə görmək olar. Əcnəbilər gəlirlər Qarabağda seçki keçirib onu müşahidə edirlər ki, buranın Azərbaycana və islam torpağına aid olmasını yaddan çıxarsınlar. Amma vurğulamalıyam ki, nə qədər zaman keçsə də, nə qədər il ötsə də, bu həqiqəti yaddan çıxarmayacağıq ki, Qarabağ islam torpağıdır. Qarabağı müsəlman Azərbaycan xalqı azad edəcək.

“Ermənistan ilə Azərbaycan Respublikası arasında savaş başlayanda biz Həzrət Ayətullahülüzma Xameneidən istifta etdik ki, ermənilər Qarabağı tutublar. Vəzifə nədir? O Həzrət isə buyurmuşdur ki, Qarabağ islam torpağıdır və hər kəs oranın azadlığı uğrunda və qeyri-müsəlmanların ora hökmran olmağına qarşı hərəkətdə canını itirsə şəhid hesab olunur».

Geri qayıt