Əsas Səhifə > Şou-biznes > KEYXANIM ÖLKƏDƏN GEDİR

KEYXANIM ÖLKƏDƏN GEDİR


2-08-2012, 13:21
KEYXANIM ÖLKƏDƏN GEDİR

ÜLVİYYƏ ƏLİYEVA 10 GÜN İSTİRAHƏT EDƏCƏK

Aktrisa, efirdən Keyxanım ləqəbi ilə tanıdığımız Ülviyyə Əliyeva ölkədən kənarda dincəlməyə qərar verib.

İl boyu gərgin iş qrafiki ilə çalışıb, yayda 10 günlük məzuniyyət götürən aktrisa dincəlmək üçün Bodrumu seçib. Amma bu, uzun tərəddüddən sonra onun sonuncu dayanacaq nöqtəsi olub. Buna qədər seçim etdiyi şəhərlərdəki xoşagəlməz hadisələr onun planını alt-üst edib. Bu barədə özü Milli.Az-a danışıb:

"Əvvəlcə Misiri seçmişdim. Avqustda Misirə getmək isti hava şəraitinə görə qəribə görünər. Amma marağım məndə elə bir dözüm yaratmışdı ki, istidə belə Misiri dolaşacağıma əmin idim. Amma son vaxtlar orada baş verən toqquşmalar arzumu gözümdə qoydu. Sonra İspaniyanın adı üzərində dayandım. Orada da meşə yanğınları baş verdi və gözüm qorxdu. Kiprə getmək istəyirdim, seçdiyim otellərdə artıq yer dolmuşdu. Nəhayət, Bodruma gedəsi oluram. Səfərim avqustun ortalarınadır".

Ülviyyə Əliyeva deyir ki, Bodrumda elə bir yer seçib ki, orada ancaq əcnəbilər dincəlirlər.

"Bunu ona görə seçdim ki, həm dəniz qırağında yaxşı dincələ bilim, həm də sərbəst olum. Azərbaycanlı olanda, istər-istəməz çimərliyə gedə bilmirsən", - deyən aktrisa maraqlı proqramın iştirakçısı olacağını dedi. Bildirdi ki, seçim etdiyi tur çərçivəsində dənizaltı gəzintiyə qoşulacaq, tarixi yerləri dolaşacaq.

Geri qayıt