Əsas Səhifə > Sosial, Manşet > ŞOK: İRAN HAKİMİYYƏTİ SAVAŞ ƏMRİ VERDİ
ŞOK: İRAN HAKİMİYYƏTİ SAVAŞ ƏMRİ VERDİ2-08-2012, 14:18 |
BUNUNLA ƏLAQƏDAR İRANDA SONUNCU HƏRBİ MÜŞAVİRƏ KEÇİRİLİB İyulun 27-də cümə namazından əvvəl İranın ali lideri ayətullah Əli Xameneyi ölkənin ali hərbi rəhbərliyi ilə müşavirə keçirib. Onun sözlərinə görə, bu, “sonuncu hərbi müşavirə” olub. “Biz bir neçə həftə müharibə vəziyyətində olacağıq”, - o, toplaşanlara bildirib. Bu barədə DEBKAfile portalı İran və kəşfiyyat mənbələrinə istinadən məlumat yayıb. Müşavirədə müdafiə naziri, general Əhməd Vahidi, Xameneyinin hərbi müşaviri, general Yəhya Rəhim Səfəvi, Silahlı Qüvvələrin komandanı, general-mayor Seyed Həsən Firuzabadi, İnqilab Qvardiyası korpusunun komandanı, general Məhəmməd Əli Cəfəri, “Əl-Qüds briqadaları” komandanı, general Kasem Süleymani iştirak edib. Həmçinin müşavirədə hərbi-hava qüvvələrinin, hərbi- dəniz donanmasının və quru qoşunlarının komandanları iştirak ediblər. İştirakçıların hər biri öz idarəsinin və ya bölməsinin qarşıdakı fövqəladə vəzifələrə hazır olduğunu bildirib. Ötən il qisas qrupları daim təlimlər keçsə də, hərbçilər düşməni var gücü ilə qarşılamağa tam hazır olduqlarını bəyan etsələr də, Xameneyi İranın tarixində ən iri layihənin reallaşmasını – istehkamların inşasını əmr edib. Məqsəd ölkənin nüvə proqramını hətta ən güclü silahdan, ABŞ-ın arsenalında olan bunker bombalarından qorumaqdır. İyulun 27-də ABŞ HHQ özünün yeni kütləvi bombalarını təqdim edib. Hər bunker bombasının çəkisi 15 tondur. Bu cür silah dəmir-beton topasını yararaq 20 metr dərinliyə keçmək qabiliyyətinə malikdir. Bunun qarşılığında İranın Hərbi Şurası Amerika və ya İsrailin İslam Respublikasının hərbi obyektlərinə potensial qabaqlayıcı zərbələrini dəf etmək üçün xüsusi batareyalardan istifadə edəcək. Yeli gəlmişkən, müşavirənin əvvəlində ki, uranın 60 faizədək, yəni silaha yaxın vəziyyətədək zənginləşdirilməsinə başlandığı elan edilib. Bundan əvvəl sınaqdan keçirilmiş “Şahab-3” ballistik raketləri İsrailə, Səudiyyə Ərəbistanına və ABŞ-ın Yaxın Şərqdə, Fars körfəzi zonasında hərbi obyektlərinə zərbələr hazırlayır. “Hizbullah” Livanda, HƏMƏS “İslam cihadı” ilə birlikdə Qəzzada şimaldan və cənub-qərbdən İsrailə hücumda İranı dəstəkləməyə hazırdır. Neftin yüklənməsi üzrə Səudiyyə terminalları partladılacaq, Hörmüz körfəzi minalanacaq ki, körfəzdən neft ehtiyatlarının çıxarılmasının qarşısı alınsın. Xameneyi öz Hərbi Şurasının qarşısına vəzifə qoyub: bir neçə həftə ərzində qarşıdakı silahlı münaqişəyə hazır olmaq. İranın hesablamalarına görə, sentyabrda və yaxud oktyabrda Yaxın Şərq dağıdılacaq. Geri qayıt |