Əsas Səhifə > Dünya > İORDANİYA DA EHTİYATA ƏL ATDI

İORDANİYA DA EHTİYATA ƏL ATDI


3-08-2012, 11:53
İORDANİYA DA EHTİYATA ƏL ATDI

ƏR-RAMSA ŞƏHƏRİNƏ HƏRBİ QÜVVƏLƏR YERİDİLİB

İordaniya ötən gecə Suriya ilə sərhədə qoşun toplamağa başlayıb. Bu barədə Trend cümə günü "Əl-Ərəbiyyə" telekanalına istinadən məlumat verir.

Bir neçə tank və hərbi maşın Suriya ilə sərhəddə yerləşən Ər-Ramsa şəhərinə göndərilib.

Bir müddət əvvəl Suriya-İordaniya sərhədində Suriyanın hökumət qüvvələri və İordaniya hərbiçiləri arasında bir neçə dəfə hərbi toqquşma qeydə alınmışdı.

Suriyada üsyan başlandığı gündən bəri İordaniya 140 min suriyalı qaçqına sığınacaq verib.

Geri qayıt