Əsas Səhifə > Sosial, Manşet > AYAZ MÜTƏLLİBOV KEÇMİŞ BAŞ NAZİRLƏ BİR ARADA

AYAZ MÜTƏLLİBOV KEÇMİŞ BAŞ NAZİRLƏ BİR ARADA


3-08-2012, 14:12
AYAZ MÜTƏLLİBOV KEÇMİŞ BAŞ NAZİRLƏ BİR ARADA

SABİQ DÖVLƏT BAŞÇISININ GƏNCƏYƏ ŞOK SƏFƏRİ PLANLAŞDIRILIR

DİA.AZ: - Eks-prezidentlər haqqında qanunun qəbulundan sonra 20 illik həsrətə son qoyaraq vətənə dönmə fürsəti əldə edən keçmiş prezident Ayaz Mütəllibovun bu günlərdə xəstələnməsi ilə bağlı yaydığımız xəbər nədənsə bəziləri tərəfindən qıcıqla qarşılandı. Sanki elə bir təəssürat yaradıldı ki, Ayaz Mütəllibov xəstələnə bilməz. Halbuki bu barədə redaksiyamıza daxil olan son məlumatlar da təsdiqləyir ki, Ayaz Mütəllibovun ürəyində problemlər həqiqətən də artıb və o, indinin özündə də müalicəsini davam etdirir.

Bildirək ki, sabiq dövlət başçısı ilə bağlı redaksiyamıza yeni məlumat da verilib. Məlumatlı mənbələrdən DİA.AZ-a ötürülən informasiyalarda deyilir ki, bu həftənin sonunda Ayaz Mütəllibov Gəncə şəhərinə getməyə hazırlaşır. Mənbə iddia edir ki, keçmiş prezidentin Gəncəyə səfəri onun istirahət etmə niyyətiylə əlaqələndirilsə də, Gəncədə Ayaz Mütəllibov eyni zamanda bir sıra görüşlər də keçirəcək:

«Ayaz müəllim Azərbaycana döndükdən sonra Bakıdan çıxmayıb. Və bu, ilk çıxışı olacaq. Gəncənin yaxınlığındakı Hacıkənddə istirahət etməyii düşünür. Eyni zamanda onun Gəncədə görüşləri də olacaq».

Redaksiyamıza daxil olan məlumatlara görə, Ayaz Mütəllibov Gəncədə keçmiş baş nazir Surət Hüseynovla da görüşəcək. Xatırladaq ki, Surət Hüseynov zaman-zaman 1993-cü ilin 4 iyun qiyamı ilə bağlı verdiyi açıqlamalarında bildirmişdi ki, o, əslində mərhum prezident Heydər Əliyevi yox, Ayaz Mütəllibovu hakimiyyətə gətirmək üçün AXC iqtidarına qarşı gedib.

Yəni keçmiş baş nazirlə keçmiş prezidentin münasibətləri qaydasındadır. Digər yandan onların hər ikisinin Rusiya yanlısı olmaları da belə deməyə əsas yaradır. Və məlumatlara görə, Ayaz Mütəllibov siyasətə «əlvida» dediyini söyləsə də, Gəncədə Surət Hüseynovla siyasi mövzuda müzakirələr də aparmağı planlaşdırır.

Geri qayıt