Əsas Səhifə > Siyasət, Manşet > NAZİRİN XALASIOĞLUNUN İDARƏSİ LƏĞV EDİLİR

NAZİRİN XALASIOĞLUNUN İDARƏSİ LƏĞV EDİLİR


28-10-2011, 11:57
NAZİRİN XALASIOĞLUNUN İDARƏSİ LƏĞV EDİLİR

“YENİ RƏİS TƏYİN ETMİŞİK, AMMA”...

Təhsil naziri Misir Mərdanovun əmri ilə Təhsil Nazirliyinin Əsaslı Tikinti İdarəsinin yeni rəis təyin olunub. Bu barədə təhsil naziri Misir Mərdanov bildirib. “Bu, idarə elə bir strukturdur ki, oranı rəhbərsiz qoymaq olmaz. Həmin idarəyə elə o idarədə işləyən İsaxan Babayevi rəis təyin etmişik. Dekabrın sonunda idarənin illik hesabatı veriləcək və monitorinq keçiriləcək. Əgər gələn il o işi aparmaq üçün bizə vəsait ayrılsa, idarə işini davam etdirəcək, ayrılmasa, davam etdirməyəcək. İdarənin ləğv olunması vəsait ayrılıb-ayrılmayacağından aslıdır”, - deyə nazir vurğulayıb.

Qeyd edək ki, Baş Prokurorluğun müvafiq dövlət strukturları ilə birgə Bakı şəhərinin 77 məktəbində apardığı araşdırma nəticəsində bəzi nöqsanlar aşkar olunub. Baş Prokurorluğun təqdimatına əsasən, məktəb tikintisi və təmiri, onların istismara qəbul edilməsi sahəsində yol verdiyi nöqsanlara görə Təhsil Nazirliyinin Əsaslı Tikinti İdarəsinin rəisi və bir neçə məsul əməkdaşı tutduqları vəzifələrdən azad olunub. Təhsil Nazirliyinin bu işə məsul olan bəzi əməkdaşlarına, müəssisə rəhbərlərinə isə ciddi xəbərdarlıq edilib.

Onu da xatırladaq ki, həmin idarəyə Misir Mərdanovun doğmaca xalası oğlu rəhbərlik edirdi. Və hətta Allahverdi Dəmirovun həbsi belə nəzərdə tutulurdu. Amma Misir Mərdanov son anda qohumunu qoruya bildi. Qeyri-rəsmi məlumatlara görə, buna görə nazir 20 milyon avrosundan keçməli olub.


Geri qayıt