Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > İBRAHİMOV QARDAŞLARINA DAHA BİR ZƏRBƏ
İBRAHİMOV QARDAŞLARINA DAHA BİR ZƏRBƏ12-08-2012, 14:06 |
«KAROLİNA VALİANT» MAĞAZASININ FƏALİYYƏTİ DAYANDIRILA BİLƏR DİA.AZ: - Bu gün ölkədə əsas xəz-dəri alveri ilə məşğul olan şirkət kimi tanınan “Karolina Valiant” mağazasının istehlakçıları aldatdığı və şirkət rəsmilərinin də bunlara göz yumduğu barədə məlumatlar yerli mətbuatda dəfələrlə səslənsə də, bütün bunlar bir nəticə verməyib. Əksinə mətbuatı «diplomatik üsullarla» susduran mağaza sahibləri artıq öz əməllərini aşkar surətdə davam etdirirlər. Bildirək ki, söhbət ciddi iqtisadi maxinasiyalarda iştirakdan və dövlətin maliyyə sisteminə zərbə olan bir sıra fırıldaqçı firmalarla ortaqlıqlarda şübhəli bulunmaqdan gedir. Xatırladaq ki, bir müddət əvvəl “Karolina Valiant” xəz-dəri mağazasında MTN tərəfindən ciddi araşdırmalar aparılıb. Onu da bildirək ki, «Karolina Valiant» bir neçə gün əvvəl yeni xəz-dəri sezonunu açıq elan edərək, yenə də ənənəvi siması - tanınmış müğənni Aygün Kazımova ilə birgə növbəti təqdimat kampaniyasına start verib. Amma bu addımları xəz-dəri mağazasının sahiblərinə baha başa oturub. Bu barədə DİA.AZ-a məlumat verən mənbə bildirir ki, müştərilərə İtaliya, Yunanıstan, Skandinaviya ölkələrinin istehsalı kimi təqdim edilən “Karolina Valiant” xəz-dəri geyimləri əslində Çin və Pakistan istehsalı imiş. Onu da bildirək ki, Qafqazın ən böyük xəz qalereyası adlandırılan “Karolina Valiant”da vəziyyət son günlər heç də yaxşı deyil. Qeyd edək ki, Baku City Mall-ın 2-ci mərtəbəsində böyük bir əraziyə malik “Karolina Valiant” xəz-dəri qalereyası ictimaiyyətə geniş şəkildə reklam edildiyindən, buranın müştərilərinin sayının çox olduğu bildirilir. Amma mağazanın müştərilərinin sayı ciddi şəkildə azalıb. Doğrudur, mağaza işçiləri bunu yay dövrü ilə əlaqələndirsələr də, əslində «Karolina Valiant»ın start verdiyi yeni kampaniyası da durumunun acınacaqlı olmasından xəbər verir. Bununla bağlı redaksiyamıza anonim qaydada açıqlama verən mağaza işçilərindən biri müştəri qıtlığının əsl səbəbini açıqladı. Onun sözlərinə görə, səbəb onların aldığı malların keyfiyyətsiz çıxmasıdır. Qeyd edək ki, sözügedən mağazada xəzlərin qiyməti 1300 manatdan başlayır və 50 min manata qədər artır. Min üç yüz manata qısa və sadə xəz almaq mümkündür. Sadə və uzun xəz 2000 manatdan başlayır. Xəzdən hazırlanan jiletlərin ən ucuzu isə 850 manatdır. Məlumatlı mənbə isə redaksiyamıza bildirib ki, “Karolina Valiant”da ciddi yoxlamalar başlayıb: “Yoxlamalar on gündən artıqdır ki, davam edir. Mağaza işləsə də, burada ciddi yoxlamalar gedir. Qalereyanın fəaliyyətini dayandıracağı da istisna deyil”. Onu da bildirək ki, «Karolina Valiant»ın şərikləri arasında bu günlərdə hədəfə alınan və nəticədə ATV kanalını itirmək zorunda qalan İbrahimov qardaşlarının da olduğu söylənilir. Və bu səbəbdən mənbəmiz bildirir ki, «Karolina Valiant»a qarşı start düyməsi basılan yeni hücum kampaniyası da İbrahimov qardaşlarının mövqe zəifliyinə uğraması ilə əlaqədardır. Geri qayıt |