Əsas Səhifə > Sosial, Manşet > MÜXALİFƏT LİDERİ İLƏ XANIM MƏMUR BİR ARADA

MÜXALİFƏT LİDERİ İLƏ XANIM MƏMUR BİR ARADA


13-08-2012, 12:22
MÜXALİFƏT LİDERİ İLƏ XANIM MƏMUR BİR ARADA

HAKİMİYYƏT YÖNÜMLÜ XƏBƏR PORTALINDAN İLGİNC İDDİA SƏSLƏNDİ

DİA.AZ: - Bu gün hakimiyyət yönümlü “Olaylar” informasiya agentliyi tərəfindən olduqca ilginc bir iddianın yer aldığı material yayılıb. DİA.AZ olaraq həmin xəbəri olduğu kimi diqqətinizə çatdırırıq:

“Hakimiyyətin ideoloji strukturlarından birində təmsil olunan, iqtidar çevrələrində kifayət qədər yaxşı tanınan xanım məmurlardan birinin müxalifət partiyalarından birinin lideri ilə sıx isti münasibətləri var.

Bu barədə “OLAYLAR”a məlumat verən mənbə bildirir ki, xanım məmurla partiya lideri arasında ilişgilər dostluq münasibətlərindən intim münasibətlərə qədər irəliləyib. Müxalifət partiyasının lideri el dilində desək xanım məmuru “saxlayır”. Xanım məmura ayrıca mənzil, bahalı avtomobil hədiyyə edən partiya sədri ondan xəbər qaynağı kimi də yararlanır.

Partiya sədri ilə xanım məmur arasında münasibətlər 2005-ci il parlament seçkilərindən sonra yaranıb. Xanım məmura dəfələrlə bu ilişgilərin yaxın çevrəsində və karyerasında problem yaradacağı xəbərdar edilsə də, sevgi güc gəlib. Xanım məmurla müxalifət partiyasının lideri arasında əlaqələr davam edir və getdikcə sıxlaşır”.

Geri qayıt