Əsas Səhifə > Dünya > QADINLAR ÜÇÜN XÜSUSİ ŞƏHƏR SALINIR

QADINLAR ÜÇÜN XÜSUSİ ŞƏHƏR SALINIR


13-08-2012, 12:41
QADINLAR ÜÇÜN XÜSUSİ ŞƏHƏR SALINIR

SƏUDİYYƏ ƏRƏBİSTANINDA İLGİNC LAYİHƏ

DİA.AZ: - Səudiyyə Ərəbistanının rəhbərliyi ilginc bir layihəyə imza atır. Bu barədə DİA.AZ xarici mətbuata istinadən xəbər verir. Xəbərdə deyilir ki, Səudiyyə Sənaye Mülkləri Dairəsinin (Modon) nəzarəti altında start düyməsi basılan layihə çərçivəsində Səudiyyə Ərəbistanının şərqində yerləşən Hafuf yaşayış məntəqəsinə 500 milyon rial (133 milyon ABŞ dolları) həcmində yatırım qoyulur.

Layihəyə görə, Hafuf şəhərində 5 min nəfərlik xüsusi yaşayış massivi salınır ki, bu yaşayış məntəqəsinin bütün infrastrukturları olacaq. Bütün idarələrin qadınlar tərəfindən yönəldilməsi nəzərdə tutulur. Eyni zamanda çalışanlar da qadın olacaq.

Bildirək ki, Şəriət qanunları ilə idarə olunan Səudiyyə Ərəbistanında qadınların işləməsinə icazə verilməsə də, təxminən 15 faiz qadının işlədiyi söylənilir. Bu səbəbdən də layihə rəhbərləri düşünür ki, gizli şəkildə çalışan qadınların açıq işləməsi üçün xüsusi məkanın yaradılması həm də onların qabiliyyətlərinin ortaya qoyulması üçün gözəl bir fürsət olacaq.

Geri qayıt