Əsas Səhifə > Şou-biznes > ZAQATALALILAR NİYƏ AĞLADILAR?

ZAQATALALILAR NİYƏ AĞLADILAR?


13-08-2012, 13:00
ZAQATALALILAR NİYƏ AĞLADILAR?

RÖYA ZAQATALADA BALACA "QAYINANA"SINI TAPDI

İki ildir təməli qoyulan "R.R şou" növbəti konsert proqramını Zaqatala sakinlərinə təqdim etdi. "Gəncliyimizə dəstək" - məhz bu adla Röya və Rəhim konsert silsiləsindən növbəti proqramı nümayiş etdirdilər.

Milli.Az xəbər verir ki, Röya ilə Rəhimin Zaqatala rayonunda başlayan fındıq mövsümü ilə Gənclər Gününə həsr olunan konserti məşhur “Qala düzü”ndə baş tutdu.

Yerli ulduzları izləmək üçün deyilən ünvana toplaşan rayon sakinləri Röya ilə Rəhimə sevgilərini bildirmək üçün əllərindən gələni etdilər.

Möhtəşəm şəkildə keçirilən konsertdə məşhurları seyr etmək üçün tək rayon sakinləri deyil, paytaxtdan da qonaqlar gəlmişdilər.

“Gəncliyimizə dəstək” adlı proqram isə məşhur “Ritm” rəqs qrupunun çıxışı ilə başladı. Rəhimlə eyni səhnəni bölüşən rəqqaslar milli rəqslərimizlə tamaşaçıları valeh etdilər. Onlar oynadı, Rəhim isə şousu ilə Zaqatala sakinlərini feyziyab etdi. Fikrini ancaq oxumağa ayıran Rəhim ifası zamanı cibindən düşən alışqandan belə xəbərsiz oldu.

R.Rəhimli çıxışını bitirəndən sonra səhnəyə Röya Ayxan buyurdu. Müğənni xanım özünün məşhur “Röyayam” mahnısını ifa edərkən gürultulu alqışlar qopdu. Müğənni repertuarında olan ən hit mahnılarını Moskvadan özəl olaraq konsert üçün gələn “Rush Style” rəqs qrupunun müşayiəti ilə səsləndirərdi. Zalda əyləşən tamaşaçılar isə müğənninin ifasından kövrələrək ağlayırdılar. İki dəfə səhnədən tamaşaçıların arasına düşən Röya fanatların hücumuna da məruz qaldı. Röyanı qucaqlamaq üçün onun üstünə qaçan fanat ordusunun qarşısını mühafizə xidməti əməkdaşları ala bilmirdilər. Röya tamaşaçıların arasında sıraya düzülən əsgərlərə qarşı da biganə qalmadı. O, bir əsgəri öpərək digərlərinə də onları sevdiyin söylədi.

Konsert vaxtı Röyanın yanına balaca qızcığaz çıxdı. Xarici görünüşcə elə müğənninin özünü xatırladan balaca qızın adını öyrənən Röya fərqli bir açıqlama verdi: “Bu qızın adı Nazilədir. Mən burada sizin qarşınızda söz verirəm, nə vaxtsa mənim qızım olsa, onun adını Nazilə qoyacam. Çünki bu, mənim qayınanamın adıdır. Odur ki, başqa yolum yoxdur. Ancaq mənim ən sevdiyim ad Qəmərdir”.

Xatırladaq ki, konsertin səslənmə işinə Hamdi bəy baxırdı. Səs rejissoru isə Zamiq Babayev idi. Bütün konserti idarə etmək isə yenə də Röyanın prodüseri Kənan Bayramovun üzərinə düşdü.

Ən keyfiyyətli texniki avadanlığa üstünlük verən Kənan ən xırda detallara belə xüsusi önəm verirdi.

Röyanın imici üzərində, hər zaman olduğu kimi, stilistlər Roma və Elnur çalışıblar.

Konsertin təşkilatçısı Bünyamın müəllimin Milli.Az-a verdiyi açıqlamaya görə, onların seçimlərinin Röya ilə Rəhim üzərində dayanmasının səbəbi rayon sakinləri arasında keçirilən sorğu olub. Zaqatala gəncləri öz doğma diyarlarında məhz Röya ilə Rəhimi görmək istəyiblər.


Geri qayıt