Əsas Səhifə > Güney Press, Araşdırma > FARS-MOLLA REJİMİ XİSLƏTİNDƏN ƏL ÇƏKMİR

FARS-MOLLA REJİMİ XİSLƏTİNDƏN ƏL ÇƏKMİR


13-08-2012, 13:21
FARS-MOLLA REJİMİ XİSLƏTİNDƏN ƏL ÇƏKMİR

ZƏLZƏLƏ BÖLGƏSİNDƏ REPRESSİYA DALĞASI

Bütün dünyanın gözünün təbii fəlakət zonasına çevrilmiş İrana dikildiyi bir vaxtda teokratik rejimin təhlükəsizlik qüvvələri yenə öz amplualarındadırlar.

Təbrizdən musavat.-com-a gələn xəbərlərə görə, bölgədə zəlzələdə ölənlərlə bağlı matəmin etdiyi, qarmaqarışıqlığın, humanitar fəlakətin hökm sürdüyü bu günlərdə rejimin cəza maşını siyasi fəallara qarşı repressiya aparır, onlar tək-tək təqib edərək həbsə məruz qoyur.

Xəbəri verən mənbə qeyd edir ki, azərbaycanlı milli fəallardan səkkiz nəfər dünən tutulub və zindana salınıb.

Qeyd edək ki, İranda bu kimi həbslər vaxtaşırı aparılır. Etirazını bildirən, səsini qaldıran fəalları tez-tez həbs edirlər, sonradan onların bir hissəsinə 2-3 il cəza kəssələr də, bir hissəsini heç bir günahları olmadığı üçün buraxırlar.

Belə görünür ki, bu dəfə Təbrizdə zəlzələ dalğaları ilə molla rejimin repressiyasının növbəti dalğası üst-üstə düşüb.

Geri qayıt