Əsas Səhifə > Siyasət, Manşet > İRAN AZƏRBAYCANDA TƏRİQƏT DAVASI SALMAQ İSTƏYİR
İRAN AZƏRBAYCANDA TƏRİQƏT DAVASI SALMAQ İSTƏYİR28-10-2011, 12:47 |
FARS-MOLLA REJİMİ TƏBRİZDƏ AZƏRBAYCAN MÜZAKİRƏLƏRİ TƏŞKİL EDİR DİA.AZ: - İran Azərbaycan əleyhinə təblişatını davam etdirməkdədir. Bu dəfə fars-molla rejimi yeni üsula əl atıb. Belə ki, artıq bir neçə gündür ki, "Azərbaycan Respublikasında islamçılıqla tanışlıq" mövzusunda Təbriz məscidlərində silsilə görüşlər keçirilir. Bu barədə məlumat yayan İranın "Arannews" saytının Şərqi Azərbaycan İslam İnqilabı Mədəni Tədqiqatlar Cəbhəsinin ümumi əlaqələr bölməsinə istinadla verdiyi məlumatında belə deyilir: “Azərbaycan Respublikasında islamofobiya siyasətləri artmasının ardınca ölkədə "Azərbaycan Respublikasında islamçılıqla tanışlıq" silsiləli görüşlər keçirilir. Birinci görüş keçən cümə "Xomeyniçilər Azərbaycan Respublikasında" adı altında region məsələləri ilə maraqlananların iştirakı ilə İdəli küçəsində yerləşən Ayətullah Taliqani məscidində keçirildi. Bu görüşdə yazıçı və Azərbaycan məsələləri üzrə tədqiqatçı Mehdi Nəlbəndi Azərbaycan tarixində İslam və şiəçiliyin rolu mövzusunu təhlil edərkək bu ölkədə bugünkü islamçılığın kökünü Azərbaycan xalqının islama bağlı olmasından irəli gəldiyini bildirdi. Tədqiqatçı Azərbaycanda şiəçiliyin qüvvət və dərinliyinə, bu diyarın əhalisi arasında İslam İnqilabının və imam Xomeyninin (rh) roluna işarə edərək, bu mədəni vəintellektualfürsətə daha diqqətlə yanaşılmasını istədi. Bu görüşdə Aran jurnalının redaktoru Həsən Qulu da Azərbaycan Respublikası məsələlərinin İran üçün əhəmiyyətindən danışaraq, bu ölkədə ABŞ və İsrailin hüzurunu İran İslam Respublikasının nigəranlığına səbəb olan məsələlərdən olmasını bəyan etdi. Qafqaz məsələləri üzrə ekspert Həsən Qulu Azərbaycanda vəhabilik və sionizm kimi azdırıcı firqələrin hüzurunu Azərbaycana diqqəti yönəldən ayrı bir məsələ olduğunu bildirdi. Anti-İslam və anti-İran, habelə hicabla qarşılaşma məsələləri bu görüşün digər mövzularından biri oldu. Bu silsiləli proqramın ikinci iclası "Şəriət məhkumları" ünvanı ilə çərşənbə günü 26 oktyabr, saat 19:00-da Təbrizin Razi qəsəbəsinin Risalət küçəsində yerləşən Musa ibn Cəfər (ə) məscidində keçirildi. Bu görüşdə əvvəl Aran Beynəlxalq Mədəniyyət və Tədqiqat İnsitutunun müdiri Həsən Qulu çıxış etdi. O, bu günlərdə müxtəlif iclaslarda "İslami oyanış Azərbaycan Respublikasında nə vaxt başlayacaq", "əgər islami oyanış İran İslam İnqilabından davamı hesab olursa, nə üçün AR-sı ölkəmizə ən yaxın bir islami ölkə olduğu halda bu oyanışdan bəhrələnə bilməyib" kimi çoxlu sualların irəli gəlməsinə işarə edərək dedi: "Belə sualların yaranması hələ də ölkəmizdə Azərbaycan Respublikasının–istər ümumi camaat arasında olsun, istərsə də ictimai-siyasi fəallar arasında – lazımınca tanınmamasının əlamətidir". Qafqaz məsələləri üzrə ekspert Həsən Qulu, Qafqazın İrandan ayrılması məsələsinə işarə edərək dedi: "Azərbaycanın İrandan ayrıldığı iki əsr boyunca bu ölkədə anti-İran və anti-İslam kimi iki proqram yaradılaraq, həyata keçməyə çalışılıb". Həsən Qulu, Sovet İttifaqının dağılmasından öncə Azərbaycanda coğrafi məntəqələrin adlarının dəyişdirilməsi, Quran əlifbasının rus və latın əlifbası ilə əvəz edilməsini, dilin dəyişməsini, anti-İran və anti-İslam məzmunlu filmlərin çəkilməsini, İslam və İranı təhqir edən şerlərin yazılmasını, tarixin saxtalışdırılmasını, kommunistlərin dövründə alim və dindarların öldürülməsini, habelə Quran və əzadarlığın qadağasını, İran mədəniyyəti simvollarının aradan aparılmasını və bunlar kimi çoxlu məsələləri bu ölkədə İran və İslam əleyhinə atılan addımlardan olmasını bildirərək, artırdı: "Azərbaycanın müstəqillik dövründə də yenə bu iki proqram davam edib və bunun bəzi nümunələrini AR-sının İran əleyhinə olan mediasının təhlillərində, Qarabağ məsələsində anti-İran təbliğlərində, İran sərhədlərində sionistlərin hüzuruna şərait yaratmasında, dövlət idarələrində islami simvolların qadağan edilməsində, qadınların şəxsiyyət vəsiqəsində hicablı şəkillərinin olmasının qadağanında, məscidlərin dağıdılmasında, hicabın təhsil ocaqlarında qadağasında və islamçılıarın kütləvi surətdə həbs edilməsində görmək olar". Aran Beynəlxalq Mədəniyyət və Tədqiqat İnsitutunun müdiri Həsən Qulu daha sonra artırdı: "Azərbaycan Respublikası xalqının İran mədəniyyətindən uzaqlaşması üçün bu iki proqramın həyata keçməsi yolunda bu qədər addım atılmasına baxmayaraq, Azərbaycan xalqının Fatimeyi-Zəhra (ə) məscidinin sökülməsi qarşısında rəşadətlə dayanmaları, hicab qadağası ilə bərk qarşılaşmaları kimi son hərəkatları, bu xalqın mədəniyyətinin hələ də İran mədəniyyətindən tam ayrılmadığını və hələ də bu ölkə xalqının əksəriyyətinin İslama bağlı, İrana əlaqəli olduğunu göstərir". Həsən Qulu, AİP sədri doktor Mövsüm Səmədovun hicab qadağası ilə bağlı keçən ilin Məhərrəm ayındakı tarixi çıxışına işarə edib dedi: "Doktor Səmədov onun 12 illik həbs cəzası alması ilə nəticələnən bu tarixi çıxışında ölkəsində gedən hazırkı siyasəti, Müaviyə və Yezid zamanınn siyasətləri ilə müqayisə etdi və islami dəyərlər əsasında öz dini vəzifəsinə təkid etdi". Aran İnsitutunun müdiri bu çıxışın tarixinin Tunusdə baş verən hadisələrdən qabaq olmasına işarə edib dedi: "Belə nəticəyə gəlmək olar ki, Azərbaycan Respublikasında islami oyanış, digər İslam ölkələrindən öncə başlayıb, lakin bu ölkədə 70 illik ateizm rejiminin hakimiyyəti və iki əsrə yaxın bu ölkədə anti-İslam və anti-İran siyasətləri aparılması, Azərbaycan Respublikasında islami oyanış hələ də bu ölkə müsəmanlarının bütün müsəlmanlarına şamil olmamısının səbəbidir". Həsən Qulu sonda İran camaatının, o cümlədən Təbrizlilərin azərbaycanlı islamçılara mənəvi dəstək olmalarının lazımlılığına təkid etdi”. Hər halda bu xəbərin əlavə şərhə ehtiyacı yoxdur... Geri qayıt |