Əsas Səhifə > Sosial, Manşet > İCRA HAKİMİYYƏTLƏRİNDƏ YOXLAMA KABUSU

İCRA HAKİMİYYƏTLƏRİNDƏ YOXLAMA KABUSU


13-08-2012, 14:11
İCRA HAKİMİYYƏTLƏRİNDƏ YOXLAMA KABUSU

BİR NEÇƏ RAYONUN RƏHBƏRİ İLƏ BAĞLI CİDDİ ARAŞDIRMA BAŞLANILIR

DİA.AZ: - Bildirək ki, yerli icra strukturları sonuncu dəfə total şəkildə iki il əvvəl yoxlamalara məruz qalmışdılar ki, bu zaman da daha çox icra hakimiyyəti işçilərinin əhali ilə rəftarında etik qaydalara riayət olunması məsələsinə diqqət yetirilmişdi. Yoxlamaların açıqlanan nəticələrindən də aydın oldu ki, əslində dövlət tərəfindən həyata keçirilən bu proses formal xarakter daşıyıb. Çünki hətta yerli icra strukturlarında çalışanların etik qaydalara riayət etmələri məsələsində də ciddi problemlərin yaşanmasına baxmayaraq, açıqlanan hesabatda bir-iki tənbehlə kifayətlənmə halı baş verənlərin simvolik mahiyyətinə işarə oldu.

Amma bu dəfə vəziyyət tamamən fərqlidir. Bu barədə Nazirlər Kabinetindəki məlumatlı dairələrdən DİA.AZ-a ötürülən informasiyalardan bəlli olur ki, icra hakimiyyətləri ilə bağlı ciddi təftiş işlərinin həyata keçirilməsi üçün Prezident Administrasiyası və NK tərəfindən konkret hərəkət planı hazırlanmaqdadır.

Məlumatı verən mənbənin sözlərindən belə aydın olur ki, nəzərdə tutulan plana uyğun olaraq icra hakimiyyəti əməkdaşları ilə yanaşı, yerli idarəetmə orqanlarının rəhbərliyiinin fəaliyyəti də təftiş olunacaq: «Yoxlamalar zamanı həm dövlət büdcəsindən ayrılan vəsaitlərin təyinatı üzrə xərclənməsinin və həmçinin yerli maliyyə qaynaqları hesabına həyata keçirilən işlərin vəziyyəti araşdırılacaq».

Bu yoxlamalar nəticəsində aşkar olunan nöqsanlara görə, sərt cəzaların veriləcəyini bildirən mənbəmiz onu da əlavə etdi ki, əslində yeni plan bəzi icra başçılarının yola salınması üçün bir vasitə rolunu da oynayacaq.

Geri qayıt