Əsas Səhifə > Sosial, Manşet > ARDNŞ ŞEFİNİN ADAMI FONDA NECƏ “PUL ATIB”?

ARDNŞ ŞEFİNİN ADAMI FONDA NECƏ “PUL ATIB”?


14-08-2012, 12:42
ARDNŞ ŞEFİNİN ADAMI FONDA NECƏ “PUL ATIB”?

100 MİN MANATI MƏNİMSƏMƏK RAMİN MUSAYEVƏ BAHA BAŞA GƏLƏCƏK

DİA.AZ: - Hakimiyyətdaxili çəkişmənin Azərbaycanın imicindən tutmuş iqtisadiyyatınadək külli-miqdarda zərər vurur. Ölkəyə gələn neft pullarının böyük həcmdə olması, habelə qeyri-leqal yollarla qazanılan paraların milyardlarla ölçülməsi harınlaşmanı qaçılmaz edir. Çünki şişmə prosesinin günbəgün artması məmurları hesab verməkdən yayındırır...

Azərbaycan futbolunun XXI əsrin ilk onilliyi məhz Rövnəq Abdullayevin adı ilə bağlıdı. Aparılan bölgü nəticəsində futbolun SOCAR başqanına tapşırılması belə deməyə əsas verir. İstər AFFA, istərsə də ayrı-ayrı klublarda Abdullayevin adamlarının çoxluq təşkil etməsi, bu sahədə SOCAR başqanının hegemonluq etməsinin əsas göstəricisidi.

Hegamonluq etməsinə rəğmən, Rövnəq bəy maksimum ehtiyatlı olmaq məcburiyyətindədi. Axı klubların bəziləri ayrı-ayrı oliqarxlara məxsusdu. Onların maraqlarının nəzərə alınmaması, fəlakətə yol aça bilər.

Abdullayevin özü ehtiyatlı danışsa da, ehtiyatlı davransa da, kadrlarının gec-tez onu zor duruma salacağı dəqiqdi. Axı SOCAR başqanının futboldakı adamları demək olar ki, nə futbol adamlarıdı, nə də sivilizasiyadan “su içmiş” insanlardı. Azfutbol.com-a daxil olan son məlumat bunu bir daha təsdiq edir.

Artıq xəbər vermişdik ki, Peşəkar Futbol Liqası (PFL) prezidenti, özünü Rövnəq Abdullayevin ən yaxın silahdaşı və ən sadiq adamı sayan Ramin Musayev, fəaliyyəti dayandırılan “Abşeron” FK-nın 100 min manatını mənimsəyib.

DİA.AZ-ın “azfutbol”a istinadən verdiyi məlumata görə, imzalanan əmrlə I divizionun qalibinə çatmalı olan 100 min manat ortadan qeyb olub. PFL başqanı mükafatı “Abşeron”un Premyer Liqaya çıxmadığına görə vermədiyini iddia edir. Halbuki, vəd olunan 100 minə sahib çıxmaq üçün I divizionu ilk sırada tamamlamaq bəs edir. Belə olmasaydı, həmin pul ötən mövsümün çempionu “Qaradağ Lökbatan”a da verilməzdi. Axı adı çəkilən komanda da Premyer Liqaya yüksəlmədi. Nə isə, əsas problem və həngamə heç də bu deyil. Əldə etdiyimiz məlumata görə, “Abşeron” rəhbərliyi alınacaq 100 min manatı Heydər Əliyev Fondunun hesabına köçürməyi planlaşdırırmış. Buna səbəb klub rəhbərliyinin fondun kimsəsiz uşaqları idmana, eləcə də futbola cəlb olunması yolunda atdığı addımlara dəstək olma arzusu imiş. PFL prezidentinin bu haqda məlumatlandırdığı və hətta vəsaiti birbaşa Heydər Əliyev Fondunun hesabına köçürməsinə “yaşıl işıq” yandırılıb. Gəl ki... Sonrası məlumdu. Rövnəq Abdullayevin adamı Heydər Əliyev Fonduna pul atacaq səviyyədə şişdiyini, harınladığını düşünüb və 100 mini cibinə qoyub. Ölkənin birinci xanımının rəhbərlik etdiyi quruma “pul atılması” SOCAR şefinə baha başa gələ bilər.

Geri qayıt