Əsas Səhifə > Dünya > BƏŞƏR ƏSƏD ÇIXIŞ YOLU AXTARIR
BƏŞƏR ƏSƏD ÇIXIŞ YOLU AXTARIR14-08-2012, 12:53 |
SURİYALI DİKTATORUN ADAMI ÇİNDƏDİR Avqustun 14-də Suriya prezidenti Bashar al-Assad’in nümayəndəsi Bouthaina Shaabanın ölkədə davam edən zorakılığın fonunda Pekində danışıqlar aparacağı gözlənilir. Çin Xarici İşlər Nazirliyi bildirib ki, Suriyada münaqişənin «siyasi həllinə kömək» üçün Shaaban Çinin xarici işlər naziri Yang Jiechi ilə görüşəcək. Çin Assad rejiminə qarşı BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə veto qoyub. Bu arada, BMT-nin humanitar məsələlər üzrə rəhbəri Valerie Amos təcili yardım axınını qiymətləndirmək üçün Suriyaya səfər edib. Suriyada təxminən 2 milyon mülki vətəndaş böhranın təsirinə məruz qalıb, 1 milyondan artıq insan isə öz evini tərk edib. Digər bir xəbərə görə, Suriyadakı vəziyyəti müzakirə etmək üçün bu gün Səudiyyə Ərəbistanında İslam Əməkdaşlıq Təşkilatının iki günlük zirvə toplantısı açılır. Geri qayıt |