Əsas Səhifə > Partiya > SƏRDAR CƏLALOĞLU MÜXALİFƏTİ BİRLƏŞDİRİR

SƏRDAR CƏLALOĞLU MÜXALİFƏTİ BİRLƏŞDİRİR


14-08-2012, 13:02
SƏRDAR CƏLALOĞLU MÜXALİFƏTİ BİRLƏŞDİRİR

ADP SƏDRİ ÇƏTİN BİR MİSSİYA GÖTÜRÜB

“Hadisələri qabaqlamaq istəmirəm, lakin səkkiz partiyanın iştirakı ilə görüşlərin davam etdirilməsi niyyətindəyik”.

Bunu APA-ya açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib. ADP sədri bildirib ki, bu formatda görüşlərin davamlı olmasını istəyir: “Görüşlərin həm rəsmi, həm də qeyri-rəsmi şəkildə keçirilməsi niyyətindəyəm. Bəzən daha çox fəallıq göstərdikdə, iş alınmır. Ona görə də hadisələri bir qədər öz axarına buraxmaq lazımdır”.

S. Cəlaloğlunun sözlərinə görə, əsas odur ki, sədr səviyyəsində birgə müzakirələrə başlanması istiqamətində ilk addım atılıb: “Hamı anladı ki, bir yerdə fəaliyyət göstərmək lazımdır. Amma bir nəfərin aktivlik nümayiş etdirməsi, bu adamın xüsusi marağının olması anlamına gələ bilər. Gərək bütün tərəflər əməkdaşlığın zəruriliyini tam anlasın ki, ortaq məxrəcə gələ bilək”.

S. Cəlaloğlu iftar məclisi zamanı vahid namizəd olaraq kiminsə təqdimatının verilmədiyini də qeyd edib.

Qeyd edək ki, Azərbaycan Demokratik Partiyasının sədri Sərdar Cəlaloğlu ötən həftə səkkiz siyasi partiya sədrini iftar süfrəsinə dəvət edib. Restoranların birində baş tutan iftar süfrəsinə KXCP sədri Mirmahmud Mirəlioğlu, Müsavat başqanı İsa Qəmbər, Ümid Partiyasının sədri İqbal Ağazadə, AMİP sədri Yusif Bağırzadə, AXCP sədri Əli Kərimli, Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxan, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev qatılıb.

Geri qayıt