Əsas Səhifə > Güney Press, Üçüncü sektor > UKRAYNANIN ERMƏNİLƏRİ SİLAHLANDIRMASI QALMAQAL YARADIB
UKRAYNANIN ERMƏNİLƏRİ SİLAHLANDIRMASI QALMAQAL YARADIB14-08-2012, 13:42 |
MN ARAŞIDRMA APARIR Azərbaycan Müdafiə Nazirliyi Ukraynanın Ermənistana gizli olaraq silah satması barədə məlumatları araşdırır. Bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Eldar Sabiroğlu APA-nın sualına cavab olaraq bildirib. Eldar Sabiroğlu deyib ki, belə bir məlumat Müdafiə Nazirliyinə daxil olub: “Bu istiqamətdə müvafiq araşdırmalar aparılır”. Qeyd edək ki, yayılmış məlumatda bildirilir ki, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi, general-mayor Sergey Qımızın prezident Viktor Yanukoviçə ünvanladığı məxfi məktubda bu ölkənin əsas silah ixracatçısı olan «Ukrspesexport» Dövlət Müəssisəsi ilə Ermənistanın «DG Arms Corporation» şirkəti arasında «Smerç» reaktiv yaylım atəş sistemi, onun raketləri (12 ədəd) və «İqla» tipli 50 ədəd portativ zenit-raket kompleksinin çatdırılması yolları göstərilib. Kəşfiyyat Xidmətinin rəisi məktubunda sifarişin çatdırılması üçün MDB və Avropa Birliyi ölkələrində qeydə alınmış saxta firmalardan istifadə olunmasını təklif edib. Məktubda Ermənistanın artıq müqavilənin dəyərinin 50 faizini ödədiyi, eləcə də Azərbaycanın bundan xəbərdar ola biləcəyi qeyd olunub. Məktubda Azərbaycanla Ukrayna arasında hərbi-texniki və enerji əməkdaşlığını zərbə altında qoymamaq üçün «Ukrspesexport»a «Ermənistanla sazişin həyata keçirilməsi faktından açıq şəkildə imtina etmək, Ermənistan şirkətinə isə «öz ətrafında etibarsız təchizatçı» kimi «Ukrspesexport»un rəhbərliyi və Ukrayna tərəfi arasında münasibətlərin kəskin pisləşməsi barədə arbitraja yalandan müraciət etmək təklif olunub. Məlumatda həmçinin «Smerç»lərin saxta firmaların vasitəsi ilə Moldova ərazisində konspirasiya şəraitində həyata keçirilməsinə dair təklif yer alıb. Bu zaman məmulatlar üzərində nişanlar dəyişdirilməli, faktın üstü açılacağı halda «İqla» zenit komplekslərinin Liviyadakı üsyançıların öz ölkələrindəki anbarlardan ələ keçirdikləri rəyi formalaşdırılmalı idi. Ukrayna Müdafiə Nazirliyinin Mətbuat və KİV-lə əlaqələr Departamentinin direktor müavini Valeri Korol məsələni APA-ya şərh etmək istəməyib. Artıq Ukraynanın 2011-ci ildə gizli yolla Ermənistana silah satması haqqında məlumatlarla bağlı bu ölkənin Azərbaycandakı səfirliyi bəyanat yayıb. Səfirlikdən APA-ya daxil olan bəyanatda bildirilir ki, yayılmış xəbərdə istinad olunan Ukrayna Müdafiə Nazirliyinin Ukrayna prezidentinə məktubunun surəti 8 avqust 2012-ci il tarixdə Ukrayna saytlarından birində yerləşdirilib və saxtadır. Səfirlik hesab edir ki, bu təxribatın məqsədi ənənəvi Ukrayna-Azərbaycan dostluq münasibətlərinə zərər vurmaqdır. “Bu münasibətlərin strateji xarakter daşıması Ukrayna xarici siyasəti üçün dəyişməz və prioritetdir”, - deyə bəyanatda bildirilir. Geri qayıt |