Əsas Səhifə > Gündəm, Manşet > ZİYA MƏMMƏDOVUN SÜFRƏSİNƏ 400 MİLYON MANAT!!!

ZİYA MƏMMƏDOVUN SÜFRƏSİNƏ 400 MİLYON MANAT!!!


28-10-2011, 13:14
ZİYA MƏMMƏDOVUN SÜFRƏSİNƏ 400 MİLYON MANAT!!!

NAZİR CAVİD QURBANOVUN ƏLİ İLƏ PUL YEMƏYƏ HAZIRLAŞIR

DİA.AZ: - Nəqliyyat Nazirliyi yanında “Azəryolservis”in sifatişi ilə həyata keçiriləcək 12 yol layihəsiin maliyyələşmə həcmi məlum olub. Ekspertlər hesab edir ki, 381,5 mln manatın əsas hissəsi korrupsiyanın yemi olacaq.

Məsələn, Bakıda yeraltı keçid tikintisinə (Neftçilər prospektinin Sərdar Səfərov küçəsi ilə kəsişməsi) 5 mln manat ayrılıb. Keçidi “Sanur Holding” MMC tikəcək. Holdinq rəhbərliyində (şirkətin həmsahibləri Ziya Məmmədovun ailəsidir) izah edə bilməyiblər ki, niyə analoji layihə 2007-ci ildə 1 mln manata başa gəlib, indiki isə düz 5 mln manata?

“Körpu bina Tikinti”yə Ziya Bünyadov prospekti ilə Salamzadə, Alı Mustafayev və Hüseynbala Əliyev küçələrinin kəsişməsindəki yol qovşağının tikintisi üçün 125 mln manat ayrılıb. «Azad iqtisadiyyat» İB-nin sədri Zöhrab İsmayıl Turan-a deyib ki, Bakıda yol qovşaqlarının tikintisi üzrə təcrübə və xarici nümunələr göstərir ki, belə tikililərin qiyməti 3-4 dəfə şişirdilir. Məsələn, 2007-ci ildə həmin şirkət elə həmin rayonda yol qovşağını 32 mln manata tikib. Tender qalibləri arasında “Kəpəz V”, “Orion E”, “Fİ-İnshaat” və “İHİ” kimi az tanınan şirkətlər var. Bir neçə milyon manatlıq müqavilə bağlayan bu şirkətlərin internet resursu belə yoxdur. Onların fəaliyyəti barədə məlumat yoxdur. Amma bu “kiçik nöqsan” “Kəpəz V”-nin 123,1 mln manatlıq 5 müqavilə bağlamasına mane olmayıb. “Akkord” Ziya Bünyadov prospekti ilə Müzəffər Nərimanov küçəsinin kəsişməsində 43 mln manatlıq, “Gəncə Körpu Tikinti-2” bu prospektlə Əhməd Rəcəbli küçəsinin kəsişməsində 32,5 mln manatlıq yol qovşağı tikintisi üçün müqavilə imzalayıb.


Geri qayıt