Əsas Səhifə > Gündəm, Manşet > AZƏRBAYCANDAN İRANA DAHA BİR VİRTUAL ZƏRBƏ

AZƏRBAYCANDAN İRANA DAHA BİR VİRTUAL ZƏRBƏ


15-08-2012, 11:33
AZƏRBAYCANDAN İRANA DAHA BİR VİRTUAL ZƏRBƏ

FARS-MOLLA REJİMİNİN ƏSAS SÖYÜŞ RUPORU 2-Cİ DƏFƏ DAĞIDILDI

DİA.AZ: - Son zamanlar fars-molla rejiminə aid xəbər portallarında antiAzərbaycan ruhlu materialların yayımı səngisə də, ümumi mənada «mətbu atəşkəs»in əldə olunmadığı aşkar surətdə görünməkdədir. Halbuki bir müddət əvvəl bu barədə jurnalistlərə danışan Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov İran saytlarının hücumlarını birdəfəlik dayandırdığını söyləmişdi.

Doğrudur, Azərbaycan əleyhinə materiallarda daha dövlətimizin rəhbərliyinə, onların şəxsinə yönəlik təhqirlərə az rast gəlinir. Amma Azərbaycanın bir dövlət olaraq mənafeləri yenə də əvvəlki qaydada mola mirzələri tərəfindən qılınclanmaqdadır.

DİA.AZ-a daxil olan məlumatlardan aydın olur ki, sözügedən müstəvidə xüsusi olaraq fərqlənən İran portallarından biri - «arannyus» saytı məhz buk imi səbəblərdən dağıdılıb. Məlumatı redaksiyamıza çatdıran mənbə iddia edir ki, artıq ikinci dəfədir ki, azərbaycanlı hakerlər «arannyus»u dağıdırlar. Amma ilk dəfəsində saytın adminləri haker hücumunu danaraq, portallarının təmirə dayandığını iddia etdilər.

Biz yenə də saytın fəaliyyəti ilə maraqlandıqda gördük ki, yenə də portalın təmirə dayanıldığı göstərilib. Lakin mənbəmiz bildirir ki, portal dağıdılıb və ən azından bərpa üçün 1 həftəlik müddət tələb olunur.

Geri qayıt