Əsas Səhifə > Güney Press, Üçüncü sektor > ZƏLZƏLƏ BAKIDA GÖZLƏNİLİRDİ, TƏBRİZDƏ BAŞ VERDİ

ZƏLZƏLƏ BAKIDA GÖZLƏNİLİRDİ, TƏBRİZDƏ BAŞ VERDİ


15-08-2012, 12:29
ZƏLZƏLƏ BAKIDA GÖZLƏNİLİRDİ, TƏBRİZDƏ BAŞ VERDİ

HAZIRKİ PAYTAXTDAN TARİXİ PAYTAXTA...

Avqustun 11-də İranın Şərqi Azərbaycan əyalətində baş vermiş zəlzələ barədə hələ iyunun ortalarında, bu il mayın 7-də Azərbaycan Respublikasının şimal-qərbində baş vermiş zəlzələdən sonra proqnozlaşdırılmışdı.

O zaman KİV bildirdi ki, Massaçusets Texnologiya İnstitutunun (ABŞ) mütəxəssisləri Azərbaycan Elmlər Akademiyasından olan həmkarları ilə birlikdə ölkənin Xəzər sahili ərazisində tektonik aktivliyi araşdırıblar. Onların gəldiyi nəticəyə görə, tezliklə Bakı güclü zəlzələdən ziyan çəkə bilər.

Mütəxəssislər belə nəticəyə gəliblər ki, əgər kataklizm baş verərsə, paytaxtın və neft hasilatı regionunun yerləşdiyi Xəzər sahilini əhatə edəcək.

Tektonik deformasiyanın ölçülməsi üçün Bakının yaxınlığında GPS-datçiklərdən istifadə olunub ki, onlar da hər 30 saniyədən bir siqnal ötürür. 10 il ərzində alimlər hər gün siqnalları müşahidə ediblər. Siqnallar göstərib ki, Xəzər dənizinin altında tektonik plitələr ildə 12 mm. yaxınlaşır ki, bu da Cənubi Qafqaz üzrə orta hesabla iki dəfə tezdir.

Zəlzələ avqustun 11-də Bakının 600 km. cənub-qərbində və Xəzər sahilinin 400 km. qərb sahilində Təbriz şəhərinin yaxınlığında baş verdi.

Geri qayıt