Əsas Səhifə > Güney Press, Üçüncü sektor > SEVİNDİK HƏTƏMOV SAKİNLƏRİ HƏDƏLƏYİR

SEVİNDİK HƏTƏMOV SAKİNLƏRİ HƏDƏLƏYİR


15-08-2012, 12:33
SEVİNDİK HƏTƏMOV SAKİNLƏRİ HƏDƏLƏYİR

İCRA BAŞÇISININ İLGİNC “ANTİİRAN MÜBARİZƏSİ”

Son dövrlər ölkədə fəallaşan dini kəsimə qarşı hakimiyyət tərəfindən aparılan kampaniyalar artıq əyalətləri də əhatə etməyə başlayıb. Proseslər hətta ən ucqar əyalətlərə qədər gedib çıxıb. Xüsusən də İranla sərhədyanı rayonlarda bu sahədə durum daha acınacaqlı hesab olunur.

Aldığımız məlumata görə, Yardımlıya yeni təyinat almış icra başçısı Sevindik Hətəmov da sosial və iqtisadi problemləri bir kənara qoyaraq, rayondakı dini vəziyyətə nəzarəti ələ almağa çalışır. Verilən xəbərlərdə qeyd olunur ki, icra başçısı birbaşa özü məsələ ilə məşğul olur və rayondakı «yolunu azmış» dindarları yanına çağıraraq, onlara xəbərdarlıq edir. Məlumatlarda deyilir ki, Hətəmov şəxsən həmin din adamlarını qəbul edərək, onlara çatdırır «yerinizdə dinc oturun». Əks təqdirdə, onları həbs edəcəkləri ilə də hədələyir.

Bildirilir ki, Yardımlı İcra Hakimiyyətində çalışanlar tərəfindən hazırlanmış siyahı əsasında çağırılan dindarlar həmin xəbərdarlığın nə üçün edildiyini bilmirlər. Onlar siyasətlə məşğul olmadıqlarını deyərək, yerli hakimiyyət orqanlarının səbəbsiz yerə vəziyyəti gərginləşdirmək istədiklərini bildirirlər.

Qeyd olunur ki, İranla sərhəddə yerləşən Yardımlı rayonundakı dindarların İrana işləməsi və ya İranpərəst olmaları ehtimalına əsasən Sevindik Hətəmov bu addımı atıb. Lakin yanlış yanaşma tərzi rayonda vəziyyəti gərginləşdirə bilər. Çünki çağırılıb, xəbərdarlıq edilən dindarlar arasında ümumiyyətlə, siyasətdən başı çıxmayanlar çoxluq təşkil edirlər. \ jam.az \

Geri qayıt