Əsas Səhifə > Şou-biznes > “MARAQLI GECƏ OLACAQ”
“MARAQLI GECƏ OLACAQ”15-08-2012, 12:52 |
MÜĞƏNNİ YENİ PRODÜSERİNDƏN RAZILIQ EDİR Bir neçə həftə əvvəl uzun zaman çalışdığı prodüseri Pərvizlə iş yollarını ayıran müğənni Sevda Yahyayeva yeni prodüserlə çalışır. Sərxan adlı həmin şəxsin bu, ilk prodüser işidir. O, Milli.Az-a Sevda ilə işbirliyinin daimi olacağına inandığını bildirdi. Yeni prodüserlə yeni layihələrə başlayan Sevda sentyabrda şou aləmində partlayışlar edəcək. "Sentyabrın ilk həftələrindən albom və iki klipin çəkilişi olacaq. Kliplərdən biri Bakıda, biri Gürcüstanda çəkiləcək. İstirahət məkanlarının birində türkiyəli DJ Ərdi Ərdoğanla təşkil ediləcək konsert isə sentyabrın 8-nə nəzərdə tutulub. Maraqlı gecə olacaq. Bunun ardınca sentyabrın sonlarına yeni layihənin həlli başlayır", - deyən prodüser bildirdi ki, çalışdığı sənətçi bu layihədə həm səs imkanlarını göstərəcək, həm də yeni imici ilə göz qamaşdıracaq: "Təfərrüatını indidən danışa bilməyəcəyim bu layihə şou-biznesdə yeni sayılacaq. Sevdanı başqalaşmış bir görkəmdə izləyəcəksiniz. Böyük layihədir. Bunun üçün indidən yeni repertuar da hazırlanır". Geri qayıt |