Əsas Səhifə > Şou-biznes > İLHAMƏ QULİYEVANIN NEŞƏ YAŞI OLUR?

İLHAMƏ QULİYEVANIN NEŞƏ YAŞI OLUR?


15-08-2012, 12:56
İLHAMƏ QULİYEVANIN NEŞƏ YAŞI OLUR?

MÜĞƏNNİ AD GÜNÜNÜ QEYD EDƏCƏK

Milli.Az-ın məlumatına görə, iki gün sonra Azərbaycanın və Dağıstanın xalq artisti İlhamə Quliyevanın doğum günüdür.

İlhamə Quliyeva Azərbaycan Dövlət Universitetini bitirib. 1965-1970-ci illərdə Azərbərbaycan Dövlət Teleradio Verilişləri Şirkəti Estrada Orkestrinin, 1970-1980-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının solisti olub. 1980-ci ildən Azərbaycan Dövlət Qastrol-Konsert Birliyinin ("Azkonsert") solistidir. Repertuarına Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri daxildir. Bir sıra xarici ölkələrdə (İngiltərə, İspaniya, Danimarka, Türkiyə, Almaniya və s.) qastrolda olub. Azərbaycanın "Şöhrət" ordeni ilə təltif edilib.

İlhamə xanıma can sağlığı, uzun ömür, yeni, gözəl mahnılarla dinləyicilərini sevindirməsini arzulayırıq!

Geri qayıt