Əsas Səhifə > Partiya > HACIBALA ABUTALIBOVA QARŞI İDDİA
HACIBALA ABUTALIBOVA QARŞI İDDİA15-08-2012, 13:17 |
MÜXALİFƏT BAKI MERİNDƏN AİHM-Ə ŞİKAYƏT EDİB İctimai Palata (İP) Bakı şəhər İcra Hakimiyyətindən Avropa Məhkəməsinə şikayət edəcək. Bu barədə Modern.az saytına Palatanın Koordinasiya Şurasının üzvü Gülağa Aslanlı məlumat verib. Onun sözlərinə görə, müxalifət 1 saylı Bakı İnzibati-İqtisad məhkəməsinin qərarı qeyri-obyektiv olduğu halda, şikayətinin təmin olunması üçün Avropa İnsan Haqları məhkəməsinə müraciət edək. G.Aslanlı dünən keçirilən məhkəmə prosesinin düzgün aparılmadığını bildirərək, şikayətlərini geri götürməyəcəklərini deyib. “Məhkəmə bizim şikayətimizi qəbul edib. Lakin Azərbaycanda məhkəmə sistemi sərbəst olmadığı üçün bu məsələdə hər hansı obyektiv nəticə gözləmək düzgün olmazdı. Ümid etmirik ki, Bakı İnzibati-İqtisad məhkəməsi bizi xeyrimizə qərar qəbul etsin. Yəqin ki, qərar obyektiv olmazsa, bu işin sonunda biz Avropa İnsan Haqları məhkəməsinə müraciət edəcəyik. Biz mübarizəmizi davam etdirəcəyik, qəti olaraq bildirirəm ki, şikayətimizi geri götürməyəcəyik. Mübarizə sona qədər davam edəcək. Hələlik isə nəticəni gözləyirik”, - deyə G.Aslanlı bildirib. Məsələ ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinin mövqeyini öyrənməyə çalışsaq da, qurumun mətbuat xidmətinin əməkdaşı Nuranə Mərdanova bu haqda danışmaq istəmədiyini bildirdi. Qeyd edək ki, İctimai Palata bu il aprelin 22-də keçirmək istədiyi aksiyaya icazə vermədiyi üçün Bakı şəhər İcra Hakimiyyətindən şikayət edib. Meriyanın cavabının əsassız olduğunu iddia edən İP sərbəst toplaşmaq azadlığının pozulmasına görə təşkilatçılara hərəsinə 1000 manat olmaqla təzminat ödənilməsi ilə bağlı iddia qaldırıb . Geri qayıt |