Əsas Səhifə > Güney Press, Araşdırma > ŞEYXİN YENİ İQAMƏTGAHI... (FOTOLAR)
ŞEYXİN YENİ İQAMƏTGAHI... (FOTOLAR)15-08-2012, 13:24 |
...DİNİ ETİQAD AZADLIĞININ GÖSTƏRİCİSİ KİMİ Avqustun 14-də Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə müqəddəs Ramazan ayı münasibətilə yeni iqamətgahında iftar süfrəsi açıb. Mərasimdə dövlət başçısı İlham Əliyev, Şimali Qafqazdan və türkdilli dövlətlərdən qonaqlar iştirak edib. Şeyx bildirib ki, iqamətgah bir il ərzində ən müasir standartlar səviyyəsində inşa edilib. “Yeni iqamətgah, eləcə də ölkəmizdə inşa edilən və ya yenidən qurulan ziyarətgahlar xalqımızın və Azərbaycan dövlətinin milli mənəvi dəyərlərə, dini etiqad və vicdan azadlığına həssas münasibətinin parlaq göstəricisidir”, - o vurğulayıb. Yeni iqamətgahda eyni vaxtda 300 nəfər üçün iftar süfrələri təşkil edilə bilər. A.Paşazadə İ.Əliyevə müraciətlə bildirib ki, Azərbaycanda təşkil olunan iftar süfrələri də ölkəmizdə ənənəvi tolerantlığı və sıx birliyi, həmçinin sabitlik, inkişaf, vicdan azadlığı və tolerantlığın hökm sürməsini nümayiş etdirir. O, ölkədə sürətli sosial-iqtisadi inkişafı və nümunəvi tolerantlığı beynəlxalq birliyin də etiraf etdiyini diqqətə çatdırıb. Milli- mənəvi dəyərlərimizin qorunub möhkəmləndirilməsində Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın da xüsusi xidmətlərini vurğulayan şeyxülislam böyük tarixə malik məscid və ziyarətgahlarımızın, sinaqoq və kilsələrin bərpası istiqamətində dövlətin ardıcıl tədbirlər həyata keçirdiyini bildirib. Öz növbəsində İ.Əliyev iftar süfrəsini cəmiyyətimizin vahidliyinin, ümumi amallar naminə ölkəmizdə dövlətlə din arasında sıx birliyin bariz nümunəsi kimi dəyərləndirib. Yeni iqamətgah Nərimanov rayonundakı köhnə iqamətgahın yanında tikilib. Xarici görünüşünə görə şadlıq evinə bənzəyir. Binanın tikintisinə nə qədər vəsaitin sərf olunduğu məlum deyil. Qeyd edək ki, bu dəbdəbəli binanın təqdimatı Azərbaycan vətəndaşlarının Cənubi Azərbaycanda zəlzələdən zərər çəkən soydaşları üçün yardım topladığı vaxta düşüb. Geri qayıt |